CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi bölgələrimizə qar yağır

© Sputnik / Rahim MuradovQarlı hava, arxiv şəkli
Qarlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Ən çox qar Ləzəyə yağıb, burada qar örtüyünün hündürlüyü 8 sm-dir.
BAKI, 16 noyabr — Sputnik. Noyabrın 16-sı saat 11:30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, düşən yağıntının miqdarı: Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.
Xəbər lenti
0