Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda "Türkovac"ın klinik sınaqlarına başlanacaq

© REUTERS / Majid Asgaripour / WANA Tibb işçisi əlində boş peyvənd şüşələrini tutub, arxiv şəkli
Tibb işçisi əlində boş peyvənd şüşələrini tutub, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Klinik sınaqlara ilin sonuna qədər başlanılacaq. Sınaqlar iki tədqiqat üzrə həyata keçiriləcək. "Türkovac"ın həm 1-ci, həm 2-ci, həm də 3-cü doza kimi vurulması nəzərdə tutulur
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanda "Türkovac"ın 3-cü sınaq mərhələsi ilə bağlı sənədlərə hazırda Səhiyyə Nazirliyinin Etik Komitəsi tərəfindən baxılır. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini qeyd edib ki, bununla bağlı yaxın zamanlarda açıqlama veriləcək. Klinik sınaqlara ilin sonuna qədər başlanılacaq. Sınaqlar iki tədqiqat üzrə həyata keçiriləcək. "Türkovac"ın həm 1-ci, həm 2-ci, həm də 3-cü doza kimi vurulması nəzərdə tutulur. Azərbaycanda da 3-cü sınaq mərhələsi Türkiyədəki kimi həyata keçiriləcək. Hazırda Türkiyədə sınaqlar davam edir. Eyni zamanda Azərbaycanda da sınağın aparılması planlaşdırılır.
Viktor Qasımov onu da əlavə edib ki, sınaq mərhələsinin nə qədər davam edəcəyinə də Komitə tərəfindən baxılır. Bütün məsələlərə aydınlıq gətiriləcək.
Qeyd edək ki, ötən gün Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSEB) prezidenti Erhan Akdoğan "Türkovac"" 3-cü sınaq mərhələsinin çalışmaları üçün Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşüb. Görüşdə "Türkovac"ın Azərbaycanda həyata keçirilməsi planlaşdırılan klinik sınaqları barədə məlumat verilib. Həmçinin vaxtın planlaşdırılması da müzakirə olunub. Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda "TURKOVAC"ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.
Xəbər lenti
0