https://sputnik.az/20211116/azerbaycan-qaz-ixracini-keskin-artirib-435219938.html
Azərbaycan qaz ixracını kəskin artırıb
Azərbaycan qaz ixracını kəskin artırıb
Sputnik Azərbaycan
Qaz nəqlinin 50,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T23:03+0400
2021-11-16T23:03+0400
2021-11-16T23:03+0400
qaz
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753643_0:189:2966:1857_1920x0_80_0_0_9f7f35608244bba2b4f817a49423bcd5.jpg
BAKI, 16 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 432,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 20,4% çoxdur.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, qaz nəqlinin 50,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 14 364,9 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,8%-lik artım).Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür. Lakin, hazırda qaz kəməri vasitəsilə Cənub Qaz Dəhlizi çərçivəsində "mavi yanacaq" Avropaya da yönəldilir.Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753643_119:0:2848:2047_1920x0_80_0_0_022b7710d3ad53c2a6608dddc820182a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz
Azərbaycan qaz ixracını kəskin artırıb
Qaz nəqlinin 50,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
BAKI, 16 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 432,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 20,4% çoxdur.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, qaz nəqlinin 50,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 14 364,9 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,8%-lik artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür. Lakin, hazırda qaz kəməri vasitəsilə Cənub Qaz Dəhlizi çərçivəsində "mavi yanacaq" Avropaya da yönəldilir.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub.