Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Vətən müharibəsi qazisi niyə vəfat edib?

© Photo : Facebook / ASAN Radioİslam Əlizadə
İslam Əlizadə  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Cəbhədə ayağından yaralanan Vətən müharibəsi qazisi öz evində, yuxuda olarkən dünyasını dəyişib.
BAKI, 15 noyabr — Sputnik. 44 günlük Vətən müharibəsi qazisi vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nicat Abbasov məlumat verib.
O bildirib ki, qazimiz İslam Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib: "O, müharibə zamanı ayağından yaralanmışdı".
Qazinin ürək tutmasından vəfat etdiyi, gecə yatıb səhər durmadığı bildirilir.
Qazinin vəfatı ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşən tanışları bildiriblər ki, İslam Əlizadə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin ən fəal üzvlərindən biri olub. O, bütün kütləvi tədbirlərdə fəal iştirak edirmiş.
Xəbər lenti
0