Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Regionlarda çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılması planlaşdırılır

xəstəxana - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib ki, ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərindən biridir.
BAKI, 15 noyabr — Sputnik. Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılmasını planlaşdırırıq ki, insanlar yaşadıqları yerlərə yaxın ərazilərdə tibbi xidmət ala bilsin.
Sputnik Azərbaycan "Report"-a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
"Ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərimizdən biridir. Həkimlərin böyük hissəsi Bakıda cəmlənib", - deyə o qeyd edib.
Bundan başqa, A.Nəsirov deyib ki, tibbi xidmət sahəsində ölkədə aparılan islahatlar əhalini maliyyə risklərindən qoruyur: "Əvvəllər ölkədə evini satıb, borca girib bahalı əməliyyatlar etdirənlər var idi. Biz dövlət xəstəxanalarında göstərə bilmədiyimiz bəzi tibbi xidmətləri özəl xəstəxanalarda əlçatan etmişik ki, əhali maliyyə risklərinə getməsin".
Xəbər lenti
0