https://sputnik.az/20211115/ran-prezidenti-azerbaycan-ve-turkiye-ile-munasibetlere-aydinliq-getirdi-435204720.html
İran prezidenti Azərbaycan və Türkiyə ilə münasibətlərə aydınlıq gətirdi
İran prezidenti Azərbaycan və Türkiyə ilə münasibətlərə aydınlıq gətirdi
Sputnik Azərbaycan
İbrahim Rəisi deyib ki, İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf... 15.11.2021, Sputnik Azərbaycan
2021-11-15T17:25+0400
2021-11-15T17:25+0400
2021-11-15T17:25+0400
iran
siyasət
türkiyə
tehran
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427260841_0:46:3073:1774_1920x0_80_0_0_3185d947db9d842e8ae0a1f84a1fecc9.jpg
BAKI, 15 noyabr — Sputnik. İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.İ. Rəisi deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: "İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir".İran Prezidenti qeyd edib ki, iki qonşu ölkə arasında yaxın əlaqələrin olması regionda sülh və sabitliyin də xeyrinədir: "Regional əməkdaşlıqlar beynəlxalq səviyyədə əməkdaşlığa qaldırılmalıdır. Hər iki ölkənin önəmli yerini nəzərə alsaq, bu kimi əməkdaşlıqlar dünyadakı proseslərə təsir edə bilər".İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.M. Çavuşoğlu ölkəsinin İranla əməkdaşlığı yüksəltməkdə maraqlı olduğunu bildirib."Türkiyə Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətlidir", - Türkiyə XİN rəhbəri vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427260841_58:0:2789:2048_1920x0_80_0_0_9744b861609ee20cb956daf2ddd21e31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, türkiyə, tehran, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
iran, türkiyə, tehran, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
İran prezidenti Azərbaycan və Türkiyə ilə münasibətlərə aydınlıq gətirdi
İbrahim Rəisi deyib ki, İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir.
BAKI, 15 noyabr — Sputnik. İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
İ. Rəisi deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: "İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir".
İran Prezidenti qeyd edib ki, iki qonşu ölkə arasında yaxın əlaqələrin olması regionda sülh və sabitliyin də xeyrinədir: "Regional əməkdaşlıqlar beynəlxalq səviyyədə əməkdaşlığa qaldırılmalıdır. Hər iki ölkənin önəmli yerini nəzərə alsaq, bu kimi əməkdaşlıqlar dünyadakı proseslərə təsir edə bilər".
İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.
M. Çavuşoğlu ölkəsinin İranla əməkdaşlığı yüksəltməkdə maraqlı olduğunu bildirib.
"Türkiyə Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətlidir", - Türkiyə XİN rəhbəri vurğulayıb.