Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kimin əvvəli, kimin axırı - məşhur müğənni borc içində "üzür"

© Photo : Facebook / Serdar OrtaçSərdar Ortac, arxiv şəkli
Sərdar Ortac, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Ötən gün konsertdən öncə jurnalistlərin suallarını cavablandıran məşhur "Nə vaxt təqaüdə çıxacaqsınız?" sualına "Əlimdə olsa, bu gün təqaüdə çıxardım, amma işləməliyəm, çünki çox borcum var" deyib
BAKI, 15 noyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç borclarından danışıb. Sputnik Azərbaycan türk mediasına istinadən xəbər verir ki, ifaçı külli miqdarda borcu olduğunu etiraf edib:

"Çox borcum var. 10 milyon lirə (1 milyon 695 min 819 manat) kredit, keçmiş həyat yoldaşım Xloe Luqnana 600 min lirə (101 min 749 manat) təzminat borcum, aylıq da təxminən 500 min lirə (84 min 816 manat) xərcim var".

Sərdar mərc saytlarında qumar oynaması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Bəli, keçmişdə böyük səhvlər etdim. Qumar məni bitirdi. Peşman oldum, indi pulu toplamağa çalışıram".
Ötən gün konsertdən öncə jurnalistlərin suallarını cavablandıran məşhur "Nə vaxt təqaüdə çıxacaqsınız?" sualına "Əlimdə olsa, bu gün təqaüdə çıxardım, amma işləməliyəm, çünki çox borcum var" deyib.
Xəbər lenti
0