https://sputnik.az/20211115/azerbaycan-ermenistanin-daha-bir-yolunda-blokpost-yaradir-435185059.html
Azərbaycan Ermənistanın daha bir yolunda blokpost yaradır
Azərbaycan Ermənistanın daha bir yolunda blokpost yaradır
Sputnik Azərbaycan
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları... 15.11.2021, Sputnik Azərbaycan
2021-11-15T11:20+0400
2021-11-15T11:20+0400
2021-11-15T11:20+0400
gömrük
azərbaycan xəbərləri
qubadlı
ermənistan
dövlət gömrük komitəsi
dgk
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928795_0:102:3281:1948_1920x0_80_0_0_08b73ea578615dc771082336eaed154b.jpg
BAKI, 15 noyabr — Sputnik. Bu gündən Qafan – Çakaten yolunun Azərbaycan ərazisindən keçən hissəsində blokpost yaradılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb."Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları yaradacaq. Həmçinin bildiririk ki, alternativ yol bu ilin sonuna qədər hazır olacaq", - deyə məlumatda bildirilir.Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 10-da İctimai TV-yə müsahibəsində deyib ki, Azərbaycan noyabrın 11-dən Gorus-Qafan avtomobil yolunda gömrük postları quracaq."Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələri quracaq", - Qriqoryan deyib.Onun sözlərinə görə, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunu yaradıb.DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradılıb.O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi şəkildə yeni yaradılmış gömrük postuna ezam edilir və müvafiq vəzifələrin həyata keçirilməsi təmin edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928795_275:0:3006:2048_1920x0_80_0_0_2792fd2896bcc70015342f46cb753150.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, qubadlı, ermənistan, dövlət gömrük komitəsi, dgk
gömrük, qubadlı, ermənistan, dövlət gömrük komitəsi, dgk
Azərbaycan Ermənistanın daha bir yolunda blokpost yaradır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları yaradacaq.
BAKI, 15 noyabr — Sputnik. Bu gündən Qafan – Çakaten yolunun Azərbaycan ərazisindən keçən hissəsində blokpost yaradılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
"Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları yaradacaq. Həmçinin bildiririk ki, alternativ yol bu ilin sonuna qədər hazır olacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 10-da İctimai TV-yə müsahibəsində deyib ki, Azərbaycan noyabrın 11-dən Gorus-Qafan avtomobil yolunda gömrük postları quracaq.
"Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələri quracaq", - Qriqoryan deyib.
Onun sözlərinə görə, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.
Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunu yaradıb.
DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradılıb.
O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi şəkildə yeni yaradılmış gömrük postuna ezam edilir və müvafiq vəzifələrin həyata keçirilməsi təmin edirlər.