https://sputnik.az/20211114/tekrar-ses-vere-bilmeyen-qadin-qebzi-yedi-435182090.html
Təkrar səs verə bilməyən qadın qəbzi yedi
Təkrar səs verə bilməyən qadın qəbzi yedi
Sputnik Azərbaycan
BAKI, 14 noyabr - Sputnik. Bolqarıstanda keçirilən parlament (bu il sayca üçüncü) və prezident seçkisində maraqlı olay yaşanıb. Bir qadın avtomatik səsverməni... 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T23:36+0400
2021-11-14T23:36+0400
2021-11-14T23:36+0400
dünya xəbərləri
qadın
seçki
bolqarıstan
qəbz
https://cdnn1.img.sputnik.az/img/42264/87/422648723_0:0:2262:1273_1920x0_80_0_0_cd1f5055a463800dcdf88a4c1ee6710b.jpg
BAKI, 14 noyabr - Sputnik. Bolqarıstanda keçirilən parlament (bu il sayca üçüncü) və prezident seçkisində maraqlı olay yaşanıb. Bir qadın avtomatik səsverməni təsdiqləyən qəbzi yeyib. Sputnik Azərbaycan bildirir ki, məlumatı Bolqarıstan Milli Televiziyası yayıb.Hadisə barədə Sofiyadakı seçki məntəqəsinin əmkdaşları məlumat veriblər. Yerli komissiyanın rəhbəri Snejina Angelovanın sözlərinə görə, 74 yaşlı qadın avtomatik səsvermə qurğusundan istifadə edib, ancaq qəbzi alandan sonra fikrini dəyişib və təkrar səs verməsi üçün ona imkan yaradılmasını xahiş edib. Razılıq almayan qadın reqlamentin tələbi ilə seçki komissiyasının üzvlərinə təhvil verməli olduğu qəbzi yeyib. Angelova bildirib ki, komissiya yardım üçün DİN əməkdaşlarına da müraciət edib.Telekanal "qəbz yeyilib" yazısının, altında da komissiya üzvlərinin imzasının olduğu reyestrin fotolarını da yayıb. Bazar günü, noyabrın 14-də Bolqarıstanda həm parlament, həm də prezident seçkisi keçirilir. Bu il sayca üçüncü olan parlament seçkisində 27 partiya və koalisiya iştirak edir. 4%-li maneəni keçə bilən Milli Məclisdə mandat qazanacaq. Prezident seçkisində isə 23 namizəd yarışır. Bunlar arasında ölkənin hazırkı dövlət başçısı Rumen Radev aşkar favorit sayılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42264/87/422648723_0:0:2236:1677_1920x0_80_0_0_0d210eb0478dcf6d01ef48805c488f40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qadın, seçki, bolqarıstan, qəbz
qadın, seçki, bolqarıstan, qəbz
BAKI, 14 noyabr - Sputnik. Bolqarıstanda keçirilən parlament (bu il sayca üçüncü) və prezident seçkisində maraqlı olay yaşanıb. Bir qadın avtomatik səsverməni təsdiqləyən qəbzi yeyib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Bolqarıstan Milli Televiziyası yayıb.
Hadisə barədə Sofiyadakı seçki məntəqəsinin əmkdaşları məlumat veriblər. Yerli komissiyanın rəhbəri Snejina Angelovanın sözlərinə görə, 74 yaşlı qadın avtomatik səsvermə qurğusundan istifadə edib, ancaq qəbzi alandan sonra fikrini dəyişib və təkrar səs verməsi üçün ona imkan yaradılmasını xahiş edib.
Razılıq almayan qadın reqlamentin tələbi ilə seçki komissiyasının üzvlərinə təhvil verməli olduğu qəbzi yeyib.
"Mən rayon komissiyasına müraciət etdim. 25 ildir seçki sahəsindəyəm, özü də rəhbərəm, ancaq belə bir şey yaşamamışam. Rayon komissiyasında mənə dedilər ki, qəbz siyahısında həmin qəbzin yeyilmiş olduğu göstərilməli, seksiya komissiyası üzvlərinin hamısı da bunu imzalamalıdır", - Angelova deyib.
Angelova bildirib ki, komissiya yardım üçün DİN əməkdaşlarına da müraciət edib.
Telekanal "qəbz yeyilib" yazısının, altında da komissiya üzvlərinin imzasının olduğu reyestrin fotolarını da yayıb.
Bazar günü, noyabrın 14-də Bolqarıstanda həm parlament, həm də prezident seçkisi keçirilir. Bu il sayca üçüncü olan parlament seçkisində 27 partiya və koalisiya iştirak edir. 4%-li maneəni keçə bilən Milli Məclisdə mandat qazanacaq.
Prezident seçkisində isə 23 namizəd yarışır. Bunlar arasında ölkənin hazırkı dövlət başçısı Rumen Radev aşkar favorit sayılır.