CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraiti ilə bağlı xəbərdarlıq: temperatur yenə enəcək, külək, yağıntı olacaq

© Sputnik / Murad OrujovBakıda yağmurlu hava, arxiv şəkli
Bakıda yağmurlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən noyabrın 16-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edilib.
BAKI, 14 noyabr - Sputnik. Azərbaycan ərazisində bazar ertəsi, noyabrın 15-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər saatlarında duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətindən həmçinin noyabrın 16-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edilib.
Məlumata görə, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Xəbər lenti
0