Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Duzu hansı məhsullarla əvəz etmək olar

© pixabay / andreas160578Duz
Duz - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
BAKI, 14 noyabr — Sputnik. Həkim-diyetoloq Oleq İrişkin bildirib ki, xörək duzunu göyərti və ədviyyatla əvəz etmək olar. O, Sputnik Radiosuna müsahibəsində duz qəbulunu azaltmağa çağırıb.
Mütəxəssis rasionda böyük miqdarda natriumun infarkta, insulta və duz balansının pozulmasına səbəb ola biləcəyini qeyd edib. Natrium təzyiqi artırır.
Əgər insan hipertoniyadan əziyyət çəkirsə, o zaman gün ərzində 3 qramdan çox duz yeyə bilməz, sağlam insanın norması isə 5 qramdır.
İrişkin onu da əlavə edib ki, məhsulların tərkibindəki duzun miqdarı adətən qablaşdırmanın üzərində göstərilir.
Xəbər lenti
0