Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID pandemiyası haqda ssenarilər

© AP Photo / Matt Dunhamİngiltərədə epidemioloji vəziyyət, arxiv şəkli
İngiltərədə epidemioloji vəziyyət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
İndiyədək dünyada beş milyon COVID-19 xəstəsi dünyasını dəyişib.
BAKI, 14 noyabr - Sputnik. Böyük Britaniyada koronavirus pandemiyasının gələcəkdə necə inkişaf edəcəyi barədə mülahizələri bölüşüblər. Ekspertlər hesab edirlər ki, COVID-19 hələ uzun illər aramızda olacaq.
Bu barədə ölkənin Milli Səhiyyə Xidmətinə istinadən Daily Mail yazır.
Gözlənilir ki, virus əhali arasında bundan belə də geniş yayılacaq, qışda isə mövsümi olaraq qrip və digər respirator xəstəliklər kimi alovlanacaq. Eyni zamanda güman olunur ki, COVID-19 əleyhinə vaksin sayəsində səhiyyə ekspertlərinin "sabit vəziyyət" adlandırdıqları durum yaranacaq. Gündəlik hospitalizasiya halları isə 750-ni keçməyəcək.
Sənədlərdə ilk dəfə pandemiyanın Britaniyada inkişafının dörd ssenarisi haqda ətraflı məlumat verilir. Daily Mail yazır ki, bunlardan biri optimist variantdır: yoluxmanın pik həddi - sutkada 30 min hal - ölkədə iyulun 30-da baş verəcək. Bunun qarşılığı olan variantda isə yay zamanı pik hədd sutkada 85 min yoluxma təşkil edir.
Cons Hopkins Universitetinin noyabrın 14-nə olan məlumatına görə, koronavirus poandemiyası başlayandan bəri yoluxanların sayı 253 milyon nəfəri keçib. Beş milyon COVID-19 xəstəsi isə dünyasını dəyişib.
Xəbər lenti
0