Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakının sabiq baş memarı dünyasını dəyişib

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
BAKI, 14 noyabr - Sputnik. Azərbaycan memarı və rəssamı, Azərbaycan SSR əməkdar memarı Rasim Həsən oğlu Əliyev vəfat edir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə onun həmkarı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkədə məlumat verib.
Rasim Əliyev 1934-cü il iyulun 16-da Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.
18 iyul 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində Rasim Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin sərgisi keçirilib, onun haqqında 2006-cı ildə çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdirilib.
R.Əliyev 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə "Şərəf", 2014-cü ildə isə "İstiqlal" ordeni ilə təltif edilib.
O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifi olub. Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.
Allah rəhmət eləsin!
Xəbər lenti
0