https://sputnik.az/20211114/16-yasli-autizmli-genc-cekdiyi-resmler-sayesinde-butun-dunyada-meshurlasib-435129423.html
16 yaşlı autizmli gənc çəkdiyi rəsmlər sayəsində bütün dünyada məşhurlaşıb
16 yaşlı autizmli gənc çəkdiyi rəsmlər sayəsində bütün dünyada məşhurlaşıb
Sputnik Azərbaycan
Mixail Komarov mənzərəli rəsmlər yaradır. Autizm diaqnozu qoyulmuş bu gənc üçün rəsm emosiyalarını ifadə etməyə və sosiallaşmağa kömək edən bir müalicə rolunu... 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T08:15+0400
2021-11-14T08:15+0400
2021-11-14T08:15+0400
video
rəssam
autizm
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435129375_0:0:1920:1080_1920x0_80_0_0_9d6d1e9985fed17f67efb6dfc51ef3b2.jpg
Mixailə rəsmi olaraq autizm diaqnozu yeddi yaşında qoyulub.Uşağın anası Nadejda müsahibəsində bildirib ki, Mixailin yanında həmişə onun qayğısına qalan, onu mənfi mühitdən qoruyan bir insan olmalıdır. Çünki o, bəzi neqativ emosiyaları hiss edir və hamısını ürəyinə yaxın qəbul edir, əsəbiləşir. Yəni sinir sistemində gərginlik yaranır.Bu gün Mixailin hobbisi bir növ gəlirə çevrilib. Yaradıcılıq üçün materiallara ayda 50 min rubla qədər pul xərclənir. Buna görə də Mixailin əsərləri üçün alıcı tapmaq qərarı verilib.Mixailin rəsmlərini təkcə tanış ailələr almır. Mixailin Həştərxanda və Kremlində şəxsi sərgisi olub. İndi biznesin inkişafı və pul qazanması üçün rəssamın anası Wildberries onlayn mağazasına keçmək istəyir. Hələlik ailə orada Mixailin kiçik əsərlərini sərgiləməyi planlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435129375_310:0:1750:1080_1920x0_80_0_0_19c66a93774299287251706dbd81c071.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəssam, autizm, видео
16 yaşlı autizmli gənc çəkdiyi rəsmlər sayəsində bütün dünyada məşhurlaşıb
Mixail Komarov mənzərəli rəsmlər yaradır. Autizm diaqnozu qoyulmuş bu gənc üçün rəsm emosiyalarını ifadə etməyə və sosiallaşmağa kömək edən bir müalicə rolunu oynayır.
Mixailə rəsmi olaraq autizm diaqnozu yeddi yaşında qoyulub.
Uşağın anası Nadejda müsahibəsində bildirib ki, Mixailin yanında həmişə onun qayğısına qalan, onu mənfi mühitdən qoruyan bir insan olmalıdır. Çünki o, bəzi neqativ emosiyaları hiss edir və hamısını ürəyinə yaxın qəbul edir, əsəbiləşir. Yəni sinir sistemində gərginlik yaranır.
Bu gün Mixailin hobbisi bir növ gəlirə çevrilib. Yaradıcılıq üçün materiallara ayda 50 min rubla qədər pul xərclənir. Buna görə də Mixailin əsərləri üçün alıcı tapmaq qərarı verilib.
Mixailin rəsmlərini təkcə tanış ailələr almır. Mixailin Həştərxanda və Kremlində şəxsi sərgisi olub. İndi biznesin inkişafı və pul qazanması üçün rəssamın anası Wildberries onlayn mağazasına keçmək istəyir. Hələlik ailə orada Mixailin kiçik əsərlərini sərgiləməyi planlaşdırır.