Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşa yaxınlığında törədilən terror aktı barədə rəsmi məlumat: Üç hərbçimiz yaralanıb

© AP Photo / Sergei GritsРоссийские миротворцы в Карабахе, фото из архива
Российские миротворцы в Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
DİN və Baş Prokurorluq erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı məlumat yayıb.
BAKI, 13 noyabr — Sputnik. DİN və Baş Prokurorluq erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı məlumat yayıb. Bu barədə Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5" markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdikləri avtomobildən düşüblər.
Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların olduğu istiqamətə atıb.
Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd ediblər.
"Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır", - deyə DİN və Prokurorluğun birgə yaydığı məlumatda bildirilir.
Həmçinin oxuyun:
Erməni terrorçu hərbçilərimizin üstünə qumbara atıb: Şuşa-Laçın yolu bağlanıb
Xəbər lenti
0