https://sputnik.az/20211113/omru-uzadan-ve-xerceng-riskini-azaldan-edviyyatlar-melum-olub-435146701.html
Ömrü uzadan və xərçəng riskini azaldan ədviyyatlar məlum olub
Ömrü uzadan və xərçəng riskini azaldan ədviyyatlar məlum olub
Sputnik Azərbaycan
BAKI, 13 noyabr — Sputnik. Rasiona əlavə olunduqda xərçəngin inkişaf riskinizi azalda biləcək üç ədviyyat siyahıya alınıb. Bu barədə "Express"in materialında... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T23:48+0400
2021-11-13T23:48+0400
2021-11-13T23:48+0400
ədviyyat
səhiyyə
darçın
sarıkök
xərçəng
onkoloji xəstəlik
onkologiya
adaçayı
https://cdnn1.img.sputnik.az/img/41550/04/415500490_0:0:2000:1125_1920x0_80_0_0_bdbf3ae574d61875f8890544f583c7be.jpg
BAKI, 13 noyabr — Sputnik. Rasiona əlavə olunduqda xərçəngin inkişaf riskinizi azalda biləcək üç ədviyyat siyahıya alınıb. Bu barədə "Express"in materialında bildirilib.Bu ədviyyatların yeməyə əlavə edilməsi ömrü uzatmaqla yanaşı, həm də bir sıra digər xəstəliklərin inkişafının qarşısını da ala biləcək.Faydalı ədviyatlar siyahısında birinci yerdə sarıkök durur ki, bu da onkoloji və yaşla bağlı xəstəliklər riskini azaltmağa kömək edir."Sarıkök lipid peroksidləşməsi inhibasiyası ilə ömrü uzada bilər. O, həmçinin antioksidan fəaliyyətini artırır", - deyə nəşrin məqaləsində qeyd edilib.Müşahidələr zamanı bir ay ərzində 4 qram sarıkök qəbul edən insanlarda yoğun bağırsağın zədələnməsi 40% azalıb. Belə nəticələr onkoloji xəstəliyin yaranmasının qarşısını ala bilər. Siyahıda ikinci yerdə olan darçın ikinci tip diabet xəstəliyində qan şəkərini aşağı salmağa müvəffəq olur. Bununla yanaşı, nəşrdə qeyd edilir ki, darçın iltihabın aradan qaldırılmasına kömək edir. Darçın ekstraktı isə xərçəng hüceyrələrinin yayılmasını azalda bilir.Bu siyahıdakı sonuncu ədviyyat beyin və yaddaş funksiyasının yaxşılaşdırılmasına kömək edən adaçayıdır. O, həmçinin Alzheimer xəstəliyinə qarşı da təsirlidir. Bundan əlavə, adaçayı ürək xəstəliklərinin qarşısını almaq üçün istifadə olunur.Bu yaxınlarda bildirilib ki, süni intellekt onkoloji əlamətləri ilkin mərhələdə müəyyən etməyi öyrənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41550/04/415500490_86:0:1866:1335_1920x0_80_0_0_f9179682de1da84a6ffb31efee5ea921.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ədviyyat, darçın, sarıkök, xərçəng, onkoloji xəstəlik, onkologiya, adaçayı
ədviyyat, darçın, sarıkök, xərçəng, onkoloji xəstəlik, onkologiya, adaçayı
BAKI, 13 noyabr — Sputnik. Rasiona əlavə olunduqda xərçəngin inkişaf riskinizi azalda biləcək üç ədviyyat siyahıya alınıb. Bu barədə "Express"in materialında bildirilib.
Bu ədviyyatların yeməyə əlavə edilməsi ömrü uzatmaqla yanaşı, həm də bir sıra digər xəstəliklərin inkişafının qarşısını da ala biləcək.
Faydalı ədviyatlar siyahısında birinci yerdə sarıkök durur ki, bu da onkoloji və yaşla bağlı xəstəliklər riskini azaltmağa kömək edir.
"Sarıkök lipid peroksidləşməsi inhibasiyası ilə ömrü uzada bilər. O, həmçinin antioksidan fəaliyyətini artırır", - deyə nəşrin məqaləsində qeyd edilib.
Müşahidələr zamanı bir ay ərzində 4 qram sarıkök qəbul edən insanlarda yoğun bağırsağın zədələnməsi 40% azalıb. Belə nəticələr onkoloji xəstəliyin yaranmasının qarşısını ala bilər.
Siyahıda ikinci yerdə olan darçın ikinci tip diabet xəstəliyində qan şəkərini aşağı salmağa müvəffəq olur. Bununla yanaşı, nəşrdə qeyd edilir ki, darçın iltihabın aradan qaldırılmasına kömək edir. Darçın ekstraktı isə xərçəng hüceyrələrinin yayılmasını azalda bilir.
Bu siyahıdakı sonuncu ədviyyat beyin və yaddaş funksiyasının yaxşılaşdırılmasına kömək edən adaçayıdır. O, həmçinin Alzheimer xəstəliyinə qarşı da təsirlidir. Bundan əlavə, adaçayı ürək xəstəliklərinin qarşısını almaq üçün istifadə olunur.
Bu yaxınlarda bildirilib ki, süni intellekt onkoloji əlamətləri ilkin mərhələdə müəyyən etməyi öyrənib.