https://sputnik.az/20211113/ombudsman-ermeni-terrorcunun-susada-azerbaycan-herbcilerine-qumbara-atmasini-pisleyib-435153380.html
Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
Sputnik Azərbaycan
Ombudsmanın rəsmi Twitter səhifəsində Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T12:03+0400
2021-11-13T12:03+0400
2021-11-13T12:56+0400
siyasət
erməni
erməni terroru
şuşa
ombudsman
ombudsman aparatı
erməni təxribatı
erməni terrorçuları
şuşa şəhəri
ombudsman səbinə əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493612_0:160:3073:1888_1920x0_80_0_0_eaecc589d471271063db12a6439d920c.jpg
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.Sputnik Azərbaycan xəbər verir ki, Ombudsmanın rəsmi Twitter səhifəsində yerləşdirilən paylaşımda bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb."Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir" - paylaşımda bildirilib.Qeyd edək ki, erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.Sputnik Azərbaycan "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.Terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.Terror aktının noyabrın 8-i çilingər qılığında təxribat törətməyə çalışarkən öldürülən diversantın qardaşı Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri tərəfindən törədildiyi bildirilir.Ermənistan KİV-i isə baş verən insidentə bağlı Şuşa-Laçın yolunun bağlanması barədə məlumat yayıb.Həmçinin oxuyun:Erməni terrorçu hərbçilərimizin üstünə qumbara atıb: Şuşa-Laçın yolu bağlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493612_170:0:2901:2048_1920x0_80_0_0_42c2d7d3c9bcd2506029ce031f338e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
erməni, erməni terroru, şuşa, ombudsman, ombudsman aparatı, erməni təxribatı, erməni terrorçuları, şuşa şəhəri, ombudsman səbinə əliyeva
erməni, erməni terroru, şuşa, ombudsman, ombudsman aparatı, erməni təxribatı, erməni terrorçuları, şuşa şəhəri, ombudsman səbinə əliyeva
Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
12:03 13.11.2021 (Yenilənib: 12:56 13.11.2021) Ombudsmanın rəsmi Twitter səhifəsində Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Ombudsmanın rəsmi Twitter səhifəsində yerləşdirilən paylaşımda bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
"Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir" - paylaşımda bildirilib.
Qeyd edək ki, erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.
Sputnik Azərbaycan "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.
Terror aktının noyabrın 8-i çilingər qılığında təxribat törətməyə çalışarkən öldürülən diversantın qardaşı Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri tərəfindən törədildiyi bildirilir.
Ermənistan KİV-i isə baş verən insidentə bağlı Şuşa-Laçın yolunun bağlanması barədə məlumat yayıb.