https://sputnik.az/20211113/dsx-emeliyyat-kecirdi-xeyli-brakonyer-ele-kecdi--435164839.html
DSX əməliyyat keçirdi, xeyli brakonyer ələ keçdi
DSX əməliyyat keçirdi, xeyli brakonyer ələ keçdi
Sputnik Azərbaycan
Sahil Mühafizənin sahil nəzarəti bölmələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində nərə cinsli balıq növlərinin qanunsuz... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T16:39+0400
2021-11-13T16:39+0400
2021-11-13T16:39+0400
dövlət sərhəd xidməti (dsx) sahil mühafizəsinin gəmi inşası və təmiri mərkəzi
dsx
azərbaycan xəbərləri
baş prokurorluq
nərə balığı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427935400_0:0:1025:577_1920x0_80_0_0_484d56a45e3c7dc4a5c428a7cabaca83.jpg
BAKI, 13 noyabr - Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirləri davam etdirir.Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumata görə, son günlər ərzində Sahil Mühafizənin sahil nəzarəti bölmələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edib.Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.Qeyd edilən hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427935400_0:0:911:683_1920x0_80_0_0_7d30103e30b5442174c3676ac8b9ac36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət sərhəd xidməti (dsx) sahil mühafizəsinin gəmi inşası və təmiri mərkəzi, dsx, baş prokurorluq, nərə balığı
dövlət sərhəd xidməti (dsx) sahil mühafizəsinin gəmi inşası və təmiri mərkəzi, dsx, baş prokurorluq, nərə balığı
DSX əməliyyat keçirdi, xeyli brakonyer ələ keçdi
Sahil Mühafizənin sahil nəzarəti bölmələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində nərə cinsli balıq növlərinin qanunsuz ovlandığını aşkarlayıb.
BAKI, 13 noyabr - Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirləri davam etdirir.
Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumata görə, son günlər ərzində Sahil Mühafizənin sahil nəzarəti bölmələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edib.
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.
Qeyd edilən hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.