https://sputnik.az/20211113/azerbaycanda-bas-veren-qeribe-ogurluq-hallari-435155935.html
Azərbaycanda baş verən qəribə oğurluq halları
Azərbaycanda baş verən qəribə oğurluq halları
Sputnik Azərbaycan
Kimi dəmir yolunu oğurlayıb, kimi yerüstü piyada keçidinin pəncərələrini, kimi də evlərdən əşyaları və pulları əkməyə müvəffəq olub. 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T13:35+0400
2021-11-13T13:35+0400
2021-11-13T13:35+0400
oğru
cəmiyyət
polis
din
hövsan
https://cdnn1.img.sputnik.az/img/42321/53/423215346_0:2:3073:1730_1920x0_80_0_0_2090b624fe9a6dbdf886311e642f9359.jpg
BAKI, 13 noyabr — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları qəribə oğurluq faktının üstünü açıblar. Belə ki, onların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, o, Ağsu rayon sakini R.Məmmədovdur. Bu şəxs həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinir. Saxlanılarkən R.Məmmədovun üzərindən heroin də aşkar edilərək götürülüb.***Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov saxlanılıb.Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib.R.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.***Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev saxlanılıblar.Daxili İşlər Nazirliyinin məlumatına görə, ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42321/53/423215346_129:0:2860:2048_1920x0_80_0_0_6aed9847704d9d60216a5a347f42ff09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğru, polis, din, hövsan
Azərbaycanda baş verən qəribə oğurluq halları
Kimi dəmir yolunu oğurlayıb, kimi yerüstü piyada keçidinin pəncərələrini, kimi də evlərdən əşyaları və pulları əkməyə müvəffəq olub.
BAKI, 13 noyabr — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları qəribə oğurluq faktının üstünü açıblar.
Belə ki, onların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Məlum olub ki, o, Ağsu rayon sakini R.Məmmədovdur. Bu şəxs həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinir.
Saxlanılarkən R.Məmmədovun üzərindən heroin də aşkar edilərək götürülüb.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib.
R.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilib.