CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"WhatsApp"dan yenilik: İstifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb

© AFP 2023 / INDRANIL MUKHERJEE"WhatsApp" mesencerin loqosu
WhatsApp mesencerin loqosu - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.
BAKI, 12 noyabr — Sputnik. "WhatsApp" mesencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan olacaq.
Söhbət mesencerdə bəzi kontaktlardan profil məlumatlarını gizlətmə qabiliyyətindən gedir. Bundan sonra istifadəçilər son giriş vaxtını, profil şəklini və "Haqqımda" blokunu görən şəxslərin siyahılarını fərdiləşdirə biləcəklər. Bu funksiya əvvəllər proqramın ayrı-ayrı "beta" versiyalarında sınaqdan keçirilib.
Bunun üçün "Mənim kontaktlarım, ...istisna olmaqla" adlı funksiyanı aktivləşdirmək lazımdır. Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.
Xəbər lenti
0