Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kanaldan çıxarılan 17 yaşlı qızı ölümün əlindən ala bilmədilər

© Sputnik / Ilham MustafayevSu kanalı, arxiv şəkli
Su kanalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 12 noyabr — Sputnik. Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Şalıyeva Gülarə Cavanşir qızı ehtiyatsızlıqdan su kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılan gənc qız Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Şalıyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0