https://sputnik.az/20211112/hebsxanaya-poctla-narkotik-gonderdiler-435117664.html
Həbsxanaya poçtla narkotik göndərdilər
Həbsxanaya poçtla narkotik göndərdilər
Sputnik Azərbaycan
Poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada metamfetamin və heroin aşkar edilib. 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T14:29+0400
2021-11-12T14:29+0400
2021-11-12T14:29+0400
həbsxana
hadisə
narkotik
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0c/426443523_0:254:3073:1982_1920x0_80_0_0_2e00037c340c50f6c82e986105ebb851.jpg
BAKI, 12 noyabr — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,653 qram olan heroin aşkar edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0c/426443523_0:0:2731:2048_1920x0_80_0_0_08a359f929f8838c9f6eb18947979378.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbsxana, narkotik
Həbsxanaya poçtla narkotik göndərdilər
Poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada metamfetamin və heroin aşkar edilib.
BAKI, 12 noyabr — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,653 qram olan heroin aşkar edilib.