QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Böyük Britaniyadan Qarabağa mina mütəxəssisi göndərilib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidMina mütəxəssisləri
Mina mütəxəssisləri - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Səfir paylaşımında bildirib ki, Böyük Britaniyadan minalardan təmizləmə üzrə daha bir mütəxəssis ANAMA-ya dəstək üçün işə başlayıb.
BAKI, 12 noyabr — Sputnik. Böyük Britaniya Azərbaycan ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisinin minalardan təmizlənməsinə yardım edəcək. Bu məqsədlə Azərbaycana mina mütəxəssisi ezam olunub.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz "Twitter" hesabında yazıb.
"Böyük Britaniyadan minalardan təmizləmə üzrə daha bir mütəxəssisimiz ANAMA-ya dəstək üçün işə başlayıb", - britaniyalı diplomat öz sosial şəbəkə hesabında qeyd edib.
Eləcə də oxuyun:
* Böyük Britaniya səfirindən Azərbaycan dilində təbrik
* Səfir Britaniyanın Azərbaycana hansı yolla dəstək verdiyini açıqladı
Xəbər lenti
0