Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda şəhid ailələrinin evindən oğurluq edilib

© AFP 2024 / GENT SHKULLAKUİnsan silueti, arxiv şəkli
İnsan silueti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əməkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb
BAKI, 12 noyabr — Sputnik. Bakıda oğurluq edən şəxslər saxlanılıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb.
Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin eyni yaşayış kompleksində və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 12 evdən kombi aparatı oğurlayan şəxslər – Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev qısa zamanda saxlanılaraq istintaqa təqdim olunublar və onlar ifadələrində törətdikləri hadisələri etiraf ediblər.
Qeyd edək ki, kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əməkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Şəhid ailələrinə məxsus kombi aparatlarının qısa zaman ərzində onlara qaytarılması təmin ediləcək.
Faktlarla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinə göndərilib.
"Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Qaradağ Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.
Xəbər lenti
0