Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda polis əməkdaşları qəzaya düşüblər, ölən və yaralanan var

© AFP 2023 / PATRICK T. FALLONYol qəzası, arxiv şəkli
Yol qəzası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Avtomobil ağaca çırpılıb və sürücüsü hadisə yerində həlak olub.
BAKI, 12 noyabr — Sputnik. Oğuz rayonunda polis əməkdaşları qəzaya düşüblər.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunda qeydə alınıb. Oğuzun Filfilli kənd sakini, 26 yaşlı Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.
© Sputnik / Ibrahim Hashimov
Hadisə yerində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ibrahim Hashimov
Hadisə yerində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ibrahim Hashimov
Hadisə yerində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Oğuzun Yemişənli kənd sakini, 23 yaşlı İbrahim Nizami oğlu Səfərov isə müxtəlif bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra isə Bakı şəhərindəki klinikalardan birinə göndərilib.
Goranboyun Xanqərvənd kəndində zəncirvari qəza - Sputnik Azərbaycan, 1920, 10.10.2021
HADİSƏ
Goranboyda zəncirvari qəza baş verib, sürücü həlak olub
Hər iki şəxs Oğuz Rayon Polis Şöbəsinin əməkdaşıdır. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. İlkin ehtimala görə, qəzaya səbəb dumanlı və çiskinli hava şəraiti olub.
Xəbər lenti
0