DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkmənistan prezidenti növbəti məharətini nümayiş etdirdi

© Sputnik / Mediabanka keçidTürkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov, arxiv şəkli
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
Abunə olmaq
Dövlət başçısı qeyd edib ki, hərbi-tətbiqi idman növləri ilə məşğul olmaq bütün şəxsi heyət üçün zəruri tələbdir və döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edir.
BAKI, 11 noyabr — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov odlu silahdan atıcılıq bacarığını nümayiş etdirib. Bu barədə Türkmənistan televiziyası xəbər verir.
Hərbi və hüquq-mühafizə idarələrinin təsərrüfat idarəsinin yaradılması üzrə işləri yoxlamaq məqsədilə Aşqabad yaxınlığındakı rayonlardan birinə səfəri zamanı Türkmənistan lideri tapançadan atıcılıq ustalığını nümayiş etdirib.
Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı silahla hədəfi vurduğu atıcılıq tirinə gedib.
"Atıcılıq tirində dövlət başçısı hədəfə bir neçə dəfə atəş açıb və bütün güllələr hədəfin mərkəzinə dəyib ki, bu da liderin yüksək səviyyədə bacarığını göstərib", - deyə məlumatda bildirilib.
Dövlət başçısı qeyd edib ki, hərbi-tətbiqi idman növləri ilə məşğul olmaq bütün şəxsi heyət üçün zəruri tələbdir və döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edir.
Ənənəvi olaraq, Berdımühəmmədov hədəfində öz imzasını qoyub.
Türkmənistan prezidenti mütəmadi olaraq hüquq-mühafizə orqanlarının rəhbərlərinə müxtəlif növ silahlardan atıcılıq bacarıqlarını nümayiş etdirir. Belə ki, dövlət başçısı 2019-cu ilin iyun ayında keçirilən hərbi təlimlərdə velosipeddə tapançadan hədəflərə dəqiq atəş açmağı nümayiş etdirib.
Xəbər lenti
0