Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb

© AR Ministry of EducationPeşə təmayüllü məkan, arxiv şəkli
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
Abunə olmaq
Bundan əvvəl peşə təhsili müəssisələrinin tələbələrinin təqaüdləri 50 manat idi.
BAKI, 11 noyabr — Sputnik. Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncama əsasən, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamda aşağıdakı dəyişikliklər edilib:
1.1. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"1.4. Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat
akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat
akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat.";
1.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə bu Sərəncamın 1.2–1.4-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.";
1.3. 3-cü hissədə "və 1.4-cü bəndləri" sözləri "bəndi" sözü ilə əvəz edilsin və həmin hissədən "və peşə təhsili müəssisələrinin tələbələrinə" sözləri çıxarılsın.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, bundan əvvəl peşə təhsili müəssisələrinin tələbələrinin təqaüdləri 50 manat idi.
Xəbər lenti
0