CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir yüz milyonlarla vəsaitin necə əsassız yerə havaya sovrulduğunu açıqladı

© Sputnik / Murad OrujovƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, arxiv şəkli
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
Abunə olmaq
Sahil Babayevin sözlərinə görə, 2018-ci ildə 25,6 milyon, 2019-cu ildə 133,1 milyon, 2020-ci ildə 246,5 milyon, bu il isə 496 milyon manat əsassız pensiya ləğv edilib.
BAKI, 11 noyabr — Sputnik. Son 3 ildə əmək müqavilələrinin sayı 400 min artıb. Bunun 300 mini özəl sektorun payına düşür.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ölkə üzrə əməkhaqqı fondu isə 83 % artıb: "Bunun özü də ölkədə leqallaşmanın nə dərəcədə həyata keçirilməsindən xəbər verir. Ümumilikdə bu gün DSMF-in gəlirlərində və əhaliyə ödənişlərində daimi olaraq büdcə və qeyri-büdcənin payı düzgün qurulur.
DSMF-də gəlirlərin təminatı ilə yanaşı, xərclərin də şəffaflaşdırılması istiqamətində işlər görülür. Əsassız saxta pensiya işlərinin ləğv edilməsi istiqamətində silsilə işlər gedir. 2018-ci ildə 25,6 milyon, 2019-cu ildə 133,1 milyon, 2020-ci ildə 246,5 milyon, bu il isə 496 milyon manat əsassız pensiya ləğv edilib".
Qeyd edək ki, pensiyaların kütləvi şəkildə ləğv edilməsinə görə Sahil Babayev və rəhbərlik etdiyi nazirlik sosial mediada sərt tənqid olunur.
Xəbər lenti
0