Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Milli Məclisdən küləyin vurduğu ziyanla bağlı açıqlama

© Sputnik / Murad OrujovMilli Məclisin binası, arxiv şəkli
Milli Məclisin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
Abunə olmaq
Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib ki, hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür.
BAKI, 11 noyabr — Sputnik. "Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub".
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, binanın fasadı bərpa olunacaq: "Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür".
Qeyd edək ki, Bakıda əsən güclü külək Milli Məclisin binasının fasadını qoparıb.
Xəbər lenti
0