https://sputnik.az/20211111/milli-meclisde-xankendi-ve-xocaliya-dovlet-budcesinden-vesait-ayrilmasi-teklif-edildi-435087250.html
Milli Məclisdə Xankəndi və Xocalıya dövlət büdcəsindən vəsait ayrılması təklif edildi
Milli Məclisdə Xankəndi və Xocalıya dövlət büdcəsindən vəsait ayrılması təklif edildi
Sputnik Azərbaycan
Zahid Oruc deyib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi... 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T14:19+0400
2021-11-11T14:19+0400
2021-11-11T14:19+0400
xankəndi
siyasət
milli məclis
zahid oruc
xocalı
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_0:318:3076:2048_1920x0_80_0_0_5634358fffe7a763380516e15a492926.jpg
BAKI, 11 noyabr — Sputnik. Gürcüstanda sahə inpektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar civarında əmək haqqı alırlar.Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib."Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır", - komitə sədri vurğulayıb.O bildirib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də öz əksini tapmalıdır.Z.Oruc həmçinin qeyd edib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir. Müzakirələrdə maliyyə naziri Samir Şərifov, Ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_345:0:3076:2048_1920x0_80_0_0_44b057150f4cc192de2adb3a2d9713e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xankəndi, milli məclis, zahid oruc, xocalı
xankəndi, milli məclis, zahid oruc, xocalı
Milli Məclisdə Xankəndi və Xocalıya dövlət büdcəsindən vəsait ayrılması təklif edildi
Zahid Oruc deyib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.
BAKI, 11 noyabr — Sputnik. Gürcüstanda sahə inpektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar civarında əmək haqqı alırlar.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır", - komitə sədri vurğulayıb.
O bildirib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də öz əksini tapmalıdır.
Z.Oruc həmçinin qeyd edib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir. Müzakirələrdə maliyyə naziri Samir Şərifov, Ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.