https://sputnik.az/20211111/mikayil-cabbarov-turk-surasi-azerbaycana-boyuk-siyasi-menevi-destek-gosterib-435089386.html
Mikayıl Cabbarov: "Türk Şurası Azərbaycana böyük siyasi-mənəvi dəstək göstərib"
Mikayıl Cabbarov: "Türk Şurası Azərbaycana böyük siyasi-mənəvi dəstək göstərib"
Sputnik Azərbaycan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dayanıqlı inkişaf istiqamətində çoxtərəfli tərəfdaşlığın koordinasiyasında mühüm rol oynamalı və bu istiqamətdə səy... 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T15:25+0400
2021-11-11T15:25+0400
2021-11-11T15:25+0400
iqtisadiyyat nazirliyi
iqtisadiyyat
mikayıl cabbarov
türk şurası
https://cdnn1.img.sputnik.az/img/42317/78/423177884_0:0:3073:1728_1920x0_80_0_0_34a5594edb8eea60ec6439121f773629.jpg
BAKI, 11 noyabr — Sputnik. Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycana böyük siyasi-mənəvi dəstək göstərib.Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.O, bunun üçün Türkiyəyə və Türk Şurasına üzv ölkələrə təşəkkür edib."44 günlük Vətən Müharibəsində qazandığımız zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda yerləşdiyimiz bölgə üçün mühüm əhəmiyyətə malikdir. Tarixi qələbə ölkəmiz və bütövlükdə regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradıb. Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verəcək, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, sərmayə axınına müsbət təsir göstərəcək", - deyə M.Cabbarov bildirib.Mikayıl Cabbarov deyib ki, Türkdilli dövlətlərlə iqtisad əlaqələrin gücləndirilməsi və genişləndirilməsi pandemiya dövründə xüsusi önəm kəsb edib.Onun sözlərinə görə, heç bir ölkə təkbaşına beynəlxalq əməkdaşlıqsız, investisiya, bilik və texnologiya mübadiləsi, ticarət olmadan inkişaf edə bilməz:"Beynəlxalq ticarət əlaqələrinin inkişafı isə mütləq dayanıqlılıq, inklüzivlik və ətraf mühitin mühafizəsi prinsiplərinə söykənməlidir. Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına əlverişli zəmin yaradıb. Cari ilin doqquz ayında ölkə iqtisadiyyatı 4,8% artıb, qeyri-neft sektorunda isə bu artım tempi 6,2%-ə çatıb. Azərbaycanın digər ölkələrlə ticarət dövriyyəsi 25% artıb, ixracımız 38%, o cümlədən qeyri-neft-ixracı 42% artıb. Bu artımın böyük hissəsi məhz türkdilli dövlətlərlə olan ticarət əlaqələrimizin genişlənməsindən irəli gəlir".M.Cabbarov qeyd edib ki, bu günlərdə ölkələr arasında ticarət məhdudiyyətlərinin tədricən aradan qaldırılması istiqamətində müzakirələr davam etdiriləcək:"Davamlı inkişafın təməlində iqtisadi və sosial rifah durur. Bu məqsədlə mal və xidmətlərin sağlam eko-sistemdə istehsalı mühüm rol oynayır. Hesab edirik ki, dayanıqlı, yaşıl və inklüziv inkişafın təmin edilməsi prioritetləşdirilməli, bu istiqamətdə əməkdaşlığımız daha da genişləndirilməlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dayanıqlı inkişaf istiqamətində çoxtərəfli tərəfdaşlığın koordinasiyasında mühüm rol oynamalı və bu istiqamətdə səy göstərilməlidir".Qeyd edək ki, Türk Şurasının İqtisadi Zirvə görüşü İstanbulda keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42317/78/423177884_0:0:2731:2048_1920x0_80_0_0_c2e6be6a501192b4eda8d1c95f0fdd34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iqtisadiyyat nazirliyi, mikayıl cabbarov, türk şurası
iqtisadiyyat nazirliyi, mikayıl cabbarov, türk şurası
Mikayıl Cabbarov: "Türk Şurası Azərbaycana böyük siyasi-mənəvi dəstək göstərib"
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dayanıqlı inkişaf istiqamətində çoxtərəfli tərəfdaşlığın koordinasiyasında mühüm rol oynamalı və bu istiqamətdə səy göstərilməlidir.
BAKI, 11 noyabr — Sputnik. Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycana böyük siyasi-mənəvi dəstək göstərib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.
O, bunun üçün Türkiyəyə və Türk Şurasına üzv ölkələrə təşəkkür edib.
"44 günlük Vətən Müharibəsində qazandığımız zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda yerləşdiyimiz bölgə üçün mühüm əhəmiyyətə malikdir. Tarixi qələbə ölkəmiz və bütövlükdə regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradıb. Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır.
Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verəcək, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, sərmayə axınına müsbət təsir göstərəcək", - deyə M.Cabbarov bildirib.
Mikayıl Cabbarov deyib ki, Türkdilli dövlətlərlə iqtisad əlaqələrin gücləndirilməsi və genişləndirilməsi pandemiya dövründə xüsusi önəm kəsb edib.
Onun sözlərinə görə, heç bir ölkə təkbaşına beynəlxalq əməkdaşlıqsız, investisiya, bilik və texnologiya mübadiləsi, ticarət olmadan inkişaf edə bilməz:
"Beynəlxalq ticarət əlaqələrinin inkişafı isə mütləq dayanıqlılıq, inklüzivlik və ətraf mühitin mühafizəsi prinsiplərinə söykənməlidir. Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına əlverişli zəmin yaradıb.
Cari ilin doqquz ayında ölkə iqtisadiyyatı 4,8% artıb, qeyri-neft sektorunda isə bu artım tempi 6,2%-ə çatıb. Azərbaycanın digər ölkələrlə ticarət dövriyyəsi 25% artıb, ixracımız 38%, o cümlədən qeyri-neft-ixracı 42% artıb. Bu artımın böyük hissəsi məhz türkdilli dövlətlərlə olan ticarət əlaqələrimizin genişlənməsindən irəli gəlir".
M.Cabbarov qeyd edib ki, bu günlərdə ölkələr arasında ticarət məhdudiyyətlərinin tədricən aradan qaldırılması istiqamətində müzakirələr davam etdiriləcək:
"Davamlı inkişafın təməlində iqtisadi və sosial rifah durur. Bu məqsədlə mal və xidmətlərin sağlam eko-sistemdə istehsalı mühüm rol oynayır. Hesab edirik ki, dayanıqlı, yaşıl və inklüziv inkişafın təmin edilməsi prioritetləşdirilməli, bu istiqamətdə əməkdaşlığımız daha da genişləndirilməlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dayanıqlı inkişaf istiqamətində çoxtərəfli tərəfdaşlığın koordinasiyasında mühüm rol oynamalı və bu istiqamətdə səy göstərilməlidir".
Qeyd edək ki, Türk Şurasının İqtisadi Zirvə görüşü İstanbulda keçirilir.