Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə naziri: "Vergi ödəyicilərinə güzəştlərin verilməsi nəzərdə tutulur"

© Sputnik / Murad OrujovMaliyyə naziri Samir Şərifov, arxiv şəkli
Maliyyə naziri Samir Şərifov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
Abunə olmaq
Maliyyə naziri Samir Şərifov deyib ki, dövlət başçısı tərəfindən 5 prioritet müəyyən edilib və biz də onları inkişaf etdirməliyik.
BAKI, 11 noyabr — Sputnik. Vergi Məcəlləsinə dəyişikliklər edilməklə gələn il 50 milyon manat vergi ödəyicilərinə güzəştlərin verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Dövlət başçısı tərəfindən 5 prioritet müəyyən edilib. Biz də onları inkişaf etdirməliyik", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi aparılır.
Xəbər lenti
0