https://sputnik.az/20211111/bu-ay-yasmada-kulek-elektrik-stansiyasi-ise-salinacaq---nazir-435078450.html
Bu ay Yaşmada külək elektrik stansiyası işə salınacaq - nazir
Bu ay Yaşmada külək elektrik stansiyası işə salınacaq - nazir
Sputnik Azərbaycan
Pərviz Şahbazov deyib ki, stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini... 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T19:05+0400
2021-11-11T19:05+0400
2021-11-11T19:05+0400
külək
azərbaycan xəbərləri
səudiyyə ərəbistanı
"azərenerji" asc
energetika naziri pərviz şahbazov
https://cdnn1.img.sputnik.az/img/42319/49/423194968_0:31:3073:1759_1920x0_80_0_0_04a9359af3e03452efe24209286aec09.jpg
BAKI, 11 noyabr — Sputnik. "Bu ay Xızı rayonunun Yaşma qəsəbəsində Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 meqavatlıq külək elektrik stansiyası işə salınacaq".Sputnik Azərbaycan xəbər verir ki, bunu "Asharq Al-Awsat" nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib."Biz stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik. Həmin nümayəndə heyəti ilə həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırırıq. Ümumiyyətlə, bu səfər rəsmi Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanları müzakirə etməyə şərait yaradacaq", - o qeyd edib.2020-ci ilin dekabrında Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA Power" şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimi keçirilib. Energetika Nazirliyi adından nazir Pərviz Şahbazov, "Azərenerji" adından qurumun prezidenti Baba Rzayev və "ACWA Power" şirkətinin rəhbəri Mohammad Abunayyan sənədə imza atıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42319/49/423194968_0:0:2731:2048_1920x0_80_0_0_4a14e625338e91b0963a96538771111e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
külək, səudiyyə ərəbistanı, "azərenerji" asc, energetika naziri pərviz şahbazov
külək, səudiyyə ərəbistanı, "azərenerji" asc, energetika naziri pərviz şahbazov
Bu ay Yaşmada külək elektrik stansiyası işə salınacaq - nazir
Pərviz Şahbazov deyib ki, stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik.
BAKI, 11 noyabr — Sputnik. "Bu ay Xızı rayonunun Yaşma qəsəbəsində Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 meqavatlıq külək elektrik stansiyası işə salınacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Asharq Al-Awsat" nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.
"Biz stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik. Həmin nümayəndə heyəti ilə həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırırıq. Ümumiyyətlə, bu səfər rəsmi Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanları müzakirə etməyə şərait yaradacaq", - o qeyd edib.
2020-ci ilin dekabrında Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA Power" şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimi keçirilib. Energetika Nazirliyi adından nazir Pərviz Şahbazov, "Azərenerji" adından qurumun prezidenti Baba Rzayev və "ACWA Power" şirkətinin rəhbəri Mohammad Abunayyan sənədə imza atıb.