https://sputnik.az/20211111/bas-hekim-tualet-goruntusunu-ceken-sakini-polise-verib-uzr-istedi---resmi-aciqlama-435089203.html
Baş həkim tualet görüntüsünü çəkən sakini polisə verib? Xəstəxana və DİN-dən açıqlama
Baş həkim tualet görüntüsünü çəkən sakini polisə verib? Xəstəxana və DİN-dən açıqlama
Sputnik Azərbaycan
Baş həkimin çəkilən görüntüyə görə rayon sakinini polisə verməsi sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub. 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T15:43+0400
2021-11-11T15:43+0400
2021-11-11T17:43+0400
həkim
səhiyyə
yevlax
yevlax rayon mərkəzi xəstəxanası
koronavirus
https://cdnn1.img.sputnik.az/img/42351/55/423515596_0:0:1920:1080_1920x0_80_0_0_0690fc0cce42a3447dc7254314ec0da4.jpg
BAKI, 11 noyabr — Sputnik. Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin tualetdən keçərək həkim otağına keçməsini videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir. Videonu çəkən şəxsin bacısı olduğunu bildirən Bahar Mehdiyeva "Facebook" sosial şəbəkəsində müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: "Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər".Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, baş həkim tərəfindən polisə rəsmi şikayət daxil olub. Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşdan üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir".Yevlax RMX-dan Sputnik Azərbaycan-a bildirilib ki, xəstəxana haqqında dəqiqləşdirilməmiş və əsaslandırılmamış videoçəkiliş aparan və yayımlayan vətəndaş barədə polis şöbəsinə məktub ünvanlanıb. Lakin xəstəxanadan heç kim onunla görüşməyib və onu təhdid etməyib.Qeyd edək ki, baş həkimin çəkilən görüntüyə görə rayon sakinini polisə verməsi sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri tibb müəssisəsində çəkiliş aparmağın qadağan olmadığını, baş həkimin xəstəxana ilə bağlı videoya aqressiv reaksiya verməsini qınayıblar.Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim otağının girişində sanitar qovşağının olması ilə bağlı görüntü yayılıb. Yayılan görüntülərdə həkim qəbuluna gələn xəstələrin dəhlizdə olan sanitar qovşağında gözlədiyi görünür. Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülağa Əzizov həmin görüntülərlə bağlı "Qafqazinfo"ya bildirib ki, koronavirus xəstələri müayinə üçün yoluxucu şöbəyə göndərilir: "Yoluxucu xəstəliklər şöbəsi isə "box" sistemi üzrə qurulub. Yəni, hər palatanın həyətə çıxış qapısı var. Və bu çıxış qapısına gedən yol sanitar qovşaqdan keçir. Məhz başqa şəxslərlə təmas olmaması üçün xəstə həmin qapıdan qəbul edilir, müayinə olunur və yaxma götürülür. Nəzərinizə çatdıraq ki, həmin sanitar qovşaq hazırda fəaliyyət göstərmir, işlək vəziyyətdə deyil".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/55/423515596_94:0:1822:1296_1920x0_80_0_0_71f0396d24a351985f26d4a16ebae4de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
həkim, yevlax, yevlax rayon mərkəzi xəstəxanası, koronavirus
həkim, yevlax, yevlax rayon mərkəzi xəstəxanası, koronavirus
Baş həkim tualet görüntüsünü çəkən sakini polisə verib? Xəstəxana və DİN-dən açıqlama
15:43 11.11.2021 (Yenilənib: 17:43 11.11.2021) Baş həkimin çəkilən görüntüyə görə rayon sakinini polisə verməsi sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub.
BAKI, 11 noyabr — Sputnik. Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin tualetdən keçərək həkim otağına keçməsini videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir. Videonu çəkən şəxsin bacısı olduğunu bildirən Bahar Mehdiyeva "Facebook" sosial şəbəkəsində müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: "Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, baş həkim tərəfindən polisə rəsmi şikayət daxil olub. Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşdan üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir".
Yevlax RMX-dan Sputnik Azərbaycan-a bildirilib ki, xəstəxana haqqında dəqiqləşdirilməmiş və əsaslandırılmamış videoçəkiliş aparan və yayımlayan vətəndaş barədə polis şöbəsinə məktub ünvanlanıb. Lakin xəstəxanadan heç kim onunla görüşməyib və onu təhdid etməyib.
Qeyd edək ki, baş həkimin çəkilən görüntüyə görə rayon sakinini polisə verməsi sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri tibb müəssisəsində çəkiliş aparmağın qadağan olmadığını, baş həkimin xəstəxana ilə bağlı videoya aqressiv reaksiya verməsini qınayıblar.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim otağının girişində sanitar qovşağının olması ilə bağlı görüntü yayılıb. Yayılan görüntülərdə həkim qəbuluna gələn xəstələrin dəhlizdə olan sanitar qovşağında gözlədiyi görünür.
Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülağa Əzizov həmin görüntülərlə bağlı "Qafqazinfo"ya bildirib ki, koronavirus xəstələri müayinə üçün yoluxucu şöbəyə göndərilir:
"Yoluxucu xəstəliklər şöbəsi isə "box" sistemi üzrə qurulub. Yəni, hər palatanın həyətə çıxış qapısı var. Və bu çıxış qapısına gedən yol sanitar qovşaqdan keçir. Məhz başqa şəxslərlə təmas olmaması üçün xəstə həmin qapıdan qəbul edilir, müayinə olunur və yaxma götürülür. Nəzərinizə çatdıraq ki, həmin sanitar qovşaq hazırda fəaliyyət göstərmir, işlək vəziyyətdə deyil".