Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Atamın ölməsini istəmirəm":14 yaşlı qız atasının yaşaması üçün mübarizə aparır

Abunə olmaq
Üç qız atası olan Zərdab rayon sakini, 39 yaşlı Samir İsayev ürək əməliyyatı keçirdikdən sonra əmək qabiliyyətini itirib. Daha ətraflı Sputnik Azərbaycan-nın videosunda.
Zərdab rayon sakini, 39 yaşlı Samir İsayev dərmanlardan asılı olmayacağı və yenidən işə gedə biləcəyi ilə bağlı xəyal qurub.
Sputnik Azərbaycan-nın çəkiliş qrupu Samirlə söhbət etdikdən sonra xəstənin kiçik qızı, həyat yoldaşı və yaşlı anasının işlədiyi ərazidəki pambıq tarlalarından birinə yollanıb. İsayevin 14 yaşlı qızının fədakarlığı və cəsarəti diqqəti cəlb edib.
Nuriyyə İsayeva məktəbdə əlaçıdır, heç vaxt dərslərini buraxmayıb. Valideynlərinin etirazına baxmayaraq, qız tarlaya işləməyə davam edir. Nuriyyə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, atasını xilas etməyi özünə borc bilir.
Xəbər lenti
0