https://sputnik.az/20211111/alimlerden-xeberdarliq-bezi-olkeler-yox-olacaq-435044760.html
Alimlərdən xəbərdarlıq: bəzi ölkələr yox olacaq
Alimlərdən xəbərdarlıq: bəzi ölkələr yox olacaq
Sputnik Azərbaycan
Ümumdünya Meteorologiya Təşkilatı iqlim dəyişikliyi ilə bağlı məruzə hazırlayıb. 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T10:02+0400
2021-11-11T10:02+0400
2021-11-11T10:02+0400
dünya xəbərləri
ada
okean
avstraliya
qlobal iqlim dəyişikliyi
sakit okean
https://cdnn1.img.sputnik.az/img/42052/64/420526480_0:0:3000:1688_1920x0_80_0_0_871d8335470e8cdeba1c8c3190f321f3.jpg
BAKI, 11 noyabr — Sputnik. Qlobal iqlim dəyişiklikləri Sakit okeandakı bir sıra xırda ölkələrin məhvinə, Cənub-Şərqi Asiyada qasırğa və daşqınlara gətirib çıxara bilər. Avstraliyada meşə yanğınları müntəzəm xarakter ala, Himalay və And dağları arasındakı yeganə tropik buzlaq isə yaxın beş il ərzində əriyə bilər. Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) çərşənbə günü, noyabrın 10-da dərc olunmuş məruzəsində deyilir.ÜMT ekspertlərinin fikrincə, Sakit okeanın cənub-qərb hissəsində su səthindəki temperatur orta dünya templərinə nisbətən üç dəfə sürətlə artır. İsti dəniz dalğaları rəngarəng mərcan riflərinin solub məhv olmasına, eyni zamanda regionun həyatının asılı olduğu ekosistemlərin çökməsinə səbəb olur. Təşkilatdan bildirirlər ki, əgər qlobal temperatur sənayeyəqədərki dövrdəkindən 2o dərəcə C yüksək olarsa, o zaman Mərcan üçbucağı və Böyük Sədd Rifindəki mərcanların 90%-i ciddi deqradasiyaya uğramaq təhlükəsiylə üz-üzə qalacaq. İstilik, oksigenin azalması, turşuluğun artması okeanların kimyəvi tərkibi və sirkulyasiya xüsusiyyətlərini dəyişir, bu isə öz növbəsində balıqların və planktonun miqrasiyasına təsir göstərir. Bu, Sakit okeanın sahilyanı balıqçılığın əsas fəaliyyət sahəsi olduğu bir sıra kiçik adası üçün faciə ilə nəticələnə bilər. 1990-2018-ci illər arasında ümumi balıq məhsullarının həcmi Vanuatuda 75, Tonqada 23, Yeni Kaledoniyada 15% azalıb.Bundan başqa, temperatur yüksəlməyə davam edərsə, yaxın beş il ərzində Papua-Yeni Qvineyadakı Karstens piramidası kimi tanınan Caya dağındakı buzlaq da əriyə bilər. Bu, Himalayla And arasında qalmış yeganə tropik buzlaqdır.
sakit okean
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42052/64/420526480_333:0:3000:2000_1920x0_80_0_0_3b92d90b98db26b1e54e5b712abcd580.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ada, okean, avstraliya, qlobal iqlim dəyişikliyi, sakit okean
ada, okean, avstraliya, qlobal iqlim dəyişikliyi, sakit okean
Alimlərdən xəbərdarlıq: bəzi ölkələr yox olacaq
Ümumdünya Meteorologiya Təşkilatı iqlim dəyişikliyi ilə bağlı məruzə hazırlayıb.
BAKI, 11 noyabr — Sputnik. Qlobal iqlim dəyişiklikləri Sakit okeandakı bir sıra xırda ölkələrin məhvinə, Cənub-Şərqi Asiyada qasırğa və daşqınlara gətirib çıxara bilər. Avstraliyada meşə yanğınları müntəzəm xarakter ala, Himalay və And dağları arasındakı yeganə tropik buzlaq isə yaxın beş il ərzində əriyə bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) çərşənbə günü, noyabrın 10-da dərc olunmuş məruzəsində deyilir.
ÜMT ekspertlərinin fikrincə, Sakit okeanın cənub-qərb hissəsində su səthindəki temperatur orta dünya templərinə nisbətən üç dəfə sürətlə artır. İsti dəniz dalğaları rəngarəng mərcan riflərinin solub məhv olmasına, eyni zamanda regionun həyatının asılı olduğu ekosistemlərin çökməsinə səbəb olur.
Təşkilatdan bildirirlər ki, əgər qlobal temperatur sənayeyəqədərki dövrdəkindən 2o dərəcə C yüksək olarsa, o zaman Mərcan üçbucağı və Böyük Sədd Rifindəki mərcanların 90%-i ciddi deqradasiyaya uğramaq təhlükəsiylə üz-üzə qalacaq. İstilik, oksigenin azalması, turşuluğun artması okeanların kimyəvi tərkibi və sirkulyasiya xüsusiyyətlərini dəyişir, bu isə öz növbəsində balıqların və planktonun miqrasiyasına təsir göstərir. Bu, Sakit okeanın sahilyanı balıqçılığın əsas fəaliyyət sahəsi olduğu bir sıra kiçik adası üçün faciə ilə nəticələnə bilər. 1990-2018-ci illər arasında ümumi balıq məhsullarının həcmi Vanuatuda 75, Tonqada 23, Yeni Kaledoniyada 15% azalıb.
Bundan başqa, temperatur yüksəlməyə davam edərsə, yaxın beş il ərzində Papua-Yeni Qvineyadakı Karstens piramidası kimi tanınan Caya dağındakı buzlaq da əriyə bilər. Bu, Himalayla And arasında qalmış yeganə tropik buzlaqdır.