https://sputnik.az/20211110/qerb-simala-can-atir-rusiya-ise-artiq-oradadir-435067996.html
Qərb Şimala can atır, Rusiya isə artıq oradadır
Qərb Şimala can atır, Rusiya isə artıq oradadır
Sputnik Azərbaycan
Rusiya öz məqsədlərini gizlətmir, ölkənin qarşısında Arktika regionunun iqtisadi inkişafını və perspektivlərini yüksəltmək tapşırığı durur və bu hədəfin açıq... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T20:53+0400
2021-11-10T20:53+0400
2021-11-10T20:53+0400
arktika
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435067964_0:0:3071:1728_1920x0_80_0_0_2b56228c89c5191dbe97397b1358d584.jpg
BAKI, 10 noyabr — Sputnik. Qərb mətbuatı Rusiyanın qütb regionunun mənimsənilməsi sahəsində misilsiz və qəbuledilməz irəiləyiş əldə etdiyinə dair məqalələrlə dolub-daşır. Məqalə müəllifləri Rusiyanın bu nailiyyətini ABŞ-ın hazırkı vəziyyəti ilə müqayisə edərək artıq eyham vurmur, birbaşa Rusiyanın Şimal qütbünün soyuq sularında möhkəmlənməsinin qarşısını almağı tələb edirlər.Bir sıra faktlar Qərb ictimaiyyətinin diqqətinə çatdırılır. Məsələn, ruslar Murmansk - Vladivostok transarktik sualtı fiber-optik rabitə xətti layihəsini tam sürətlə həyata keçirirlər. Uzunluğu 12,5 min kilometr olan "Qütb ekspresi" adlı yüksək sürətli avtomobil yolu 2026-cı ilə qədər Murmansk vilayətinin Teriberka kəndini Uzaq Şərqdəki Vladivostok limanı ilə birləşdirəcək. Bu yol sabit, müasir əlaqəni təmin etməklə yanaşı, həm də ucqar rayonları mərkəzə yaxınlaşdıracaq.Və bu əlahiddə layihə deyil, Şimal Dəniz Yolunun inkişaf etdirilməsi üzrə dövlət proqramının bir hissəsidir. Dəyəri 890 milyon dollardır ki, bu rəqəm də ən zəngin ölkələr üçün belə kifayət qədər yüksək sayıla bilər.Rusiya öz məqsədlərini gizlətmir. Ölkənin qarşısında Arktika regionunun iqtisadi inkişafını və perspektivlərini yüksəltmək tapşırığı durur və bu hədəfin açıq şəkildə elan edilməsi okeanın o tayında ciddi narahatlıq doğurub.Qərb analitikləri kollektiv Qərb üçün daha bir xoşagəlməz fakta diqqət çəkirlər. Rusiyanın arktik ərazilərində 2,5 milyon insan yaşayır ki, bu da bütün Arktika əhalisinin yarısı deməkdir. Başqa sözlə, qütb dairəsindən o tərəfdə yaşayan hər ikinci sakin rusdur. Bu torpaqlarda əhalinin zəif məskunlaşması Rusiyanın özündə də tez-tez sivilizasiya və demoqrafik baxımından gerilik kimi qələmə verilir.Mənfi tendensiyaları, məsələn, əhalinin daha mülayim iqlimi olan cənub bölgələrinə axınını inkar etmək ağılsızlıqdır. Bununla belə, yaddan çıxartmayaq ki, kifayət qədər sərt iqlimə malik Kanadada da əhalinin 90%-i cənubda, ABŞ-la sərhəddə yaşayır. Əgər müvafiq xəritəyə nəzər salsaq, aydın olar ki, Şimali Kanada anklavı Albert əyalətinin mərkəzindədir, xəritədə bundan yuxarıda isə insansız xam torpaqlar yer alır. Necə deyərlər, hər şey müqayisədə üzə çıxır.Rusiya dövlətinin sosial təşəbbüsləri kifayət qədər sürüşkən mövzu olduğundan və hakimiyyətə lazımsız suallar doğura biləcəyindən, Qərbdə adi insanlar, adətən, Kremlin hərb maşını ilə qorxudulur. Məsələn, bildirilir ki, Şimal Donanmasının tərkibinə K-329 "Belqorod" unikal atom sualtı qayığı daxildir, Rusiya dənizçiləri Arktikada "Poseydon" atom torpedosunu sınaqdan keçirirlər, Murmanskda yeni hərbi baza inşa olunub, hər il Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəniz bölmələrinə yeni mühafizə gəmiləri daxil edilir.Səylə inkişaf etdirilən Rusiya buzqıran donanması onlar üçün ayrıca başağrısına çevrilib. Bu donanmanın tərkibində artıq 40-dan çox gəmi var, hazırda üçü də inşa edilir. Gələcək on il ərzində Moskva ən az daha 10 ədəd buzqıran gəmi inşa etməyi planlaşdırır.Bu rəqəmlər xüsusilə hiddət doğurur, axı ABŞ silahlanmasında cəmi-cümlətanı iki belə gəmi mövcuddur – "Polar Star" və "Healy". Üstəlik, birinci gəmi özünün 30 illik yubileyini çoxdan geridə qoyub və istisnasız olaraq ehtiyat hissələrinin vaxtaşırı yenilənməsi bahasına ayaqda qalır. Ehtiyat hissələri isə onun "əkiz qardaşı" olan "Polar Sea" gəmisindən çıxarılır. "Polar Star" ildə cəmi bir yürüş həyata keçirərək hərbi sursatları Antarktikadakı "Mak-Merdo" stansiyasına çatdırır.İkincisi isə ümumiyyətlə buzqıran gəmi hesab olunmur, sadəcə buzda hərəkət edə bilən gəmi sinfinə aiddir. Bu ilin avqust ayında həmin gəmidə qısaqapanma səbəbindən güclü yanğın qeydə alınıb.Buzqıran gəmilərlə bağlı disbalans vəziyyəti çoxları üçün xoşagəlməz faktı bir daha nümayiş etdirir: yalnız dollar çap eləyən maşını işə salmaqla bütün problemləri həll etmək mümkün deyil. Hələ Donald Trampın hakimiyyəti dövründə "Polar Security Cutter" proqramı çərçivəsində büdcədən yeni buzqıranların inşasına nə az, nə çox, düz 1,2 trilyon dollar ayrılmışdı. Belə hesab edilirdi ki, artıq 2024-cü ildə Amerika buzqıran gəmiləri dəniz sınaqlarına başlaya biləcək, ancaq hazırda bu barədə hər-hansı bir xəbərə rast gəlmək sadəcə, mümkün deyil.Bununla belə, amerikalıların ciddi-cəhdlə gizlətməyə çalışdıqları başqa bir məsələ daha böyük narahatlıq doğurur. Rusiya qütb sularında genişmiqyaslı geoloji kəşfiyyat proqramı həyata keçirir. Avqustun sonlarında buz sinfinə məxsus "Bavenit" (P-2790 layihəsi) elmi-tədqiqat gəmisi Laptevlər dənizinin əvvəllər tədqiq olunmamış hissələrində kəşfiyyat məqsədilə qazıntılara başlayıb. Suyun 1,5 kilometrdən çox dərinliyində, 300 metrə qədər olan quyularda qruntların geotexniki tədqiqatını aparmağa qadir olan "Bavenit" gəmisi geniş ərazilərdə tədqiqatlar aparacaq. Bunlar – Kara dənizində (Severnaya Zemlyadan cənub-qərbdə), Laptevlər dənizində (Lyaxovski adalarının qərbində və şimalında) və Şərqi Sibir, Çukot dənizlərində Vrangel adası ilə şərti olaraq ayrılmış geniş ərazilərdir. Eyni vaxtda daha bir tədqiqat gəmisi olan "Akademik Lazarev" bu marşrut üzrə hərəkətə başlayıb.Və biz bu məqamda əsas məsələyə keçirik...İstənilən qlobal prosesi qətiyyən bir hadisə əsasında qiymətləndirmək olmaz. Bu, baxış bucağını daraldaraq bütün mənzərini və hadisələrin dinamikasını anlamağa imkan vermir. KİV-də yazılanların bir neçə qat dərininə enə bilmək üçün avropalı məmurların Qlazqoda keçirilən iqlim sammitinin başlanmasına bir həftə qalmış Arktikada kəşfiyyat və hasilat fəaliyyətlərini tamamilə qadağan etmək üçün hazır, yəni əvvəlcədən güclü şəkildə işlənib hazırlanmış proqram yayımladıqlarını yada salmaq lazımdır.Litvanın Avropa Komissiyasındakı təmsilçisi Virginiyus Sinkyaviçyus "Artktika strategiyası" adlı sənədi təqdim etdi. Bu sənəd Avropanın Arktikada gedən bütün iqlim proseslərinə (oxu: enerji resurslarına) radikal müdaxiləsini və karbohidrogenlərin bundan sonrakı kəşfiyyat-hasilat işlərinə moratorium tətbiq olunmasını nəzərdə tutur.Strategiya Arktika ölkələrinin neft və qaz şelfində istənilən ərazi iddialarının rədd edilməsini də özündə ehtiva edir. Maraqlıdır ki, sadalanan ölkələr arasında ABŞ-ın adı yoxdur, əvəzində Rusiya, Kanada və Danimarkanın adı vurğulanır.Ancaq avropalı ekologiya müdafiəçilərinin maraq dairəsinə yalnız neftlə qaz daxil deyil. Avropa Komissiyası birinci mərhələdə, məsələn, uranla çox zəngin olan Qrenlandiyada öz nümayəndəliyini açmaq niyyətindədir. Avropalı məmurların bu cür ümidsiz cəhdlərindən sonra, "Bavenit" və "Akademik Lazarev" gəmilərinin soyuq su hövzələrində kəşfiyyat işləri yerinə yetirdiyi bir vaxtda Rusiya Prezidentinin Qlazqoya getməməsinin Vaşinqtonda qıcıq doğurmasına təəccüblənməyə dəyərmi?Moskvaya qarşı təbiətin qorunması adı altında əməlli-başlı tələ hazırlanıb. Rusiya şərtləri qəbul edəcəyi təqdirdə yalnız öz təbii resurslarından deyil, büdcənin doldurulması və qütb regionunun inkişaf etdirilməsindən də imtina etməlidir. Bir sözlə, faktiki olaraq Rusiyaya Qütb regionundan çəkilmək, sosial, hərbi və enerji proqramlarını dayandırmaq təklif olunur.Bununla belə, qurulan ssenari gözlənilmədən Brüsselin öz müttəfiqlərinin əleyhinə işləməyə başladı. Norveçin Baş naziri Yonas Qar Stere kəskin şəkildə "Arktika strategisyası"na qarşı çıxdı. Siyasətçi bəyan etdi ki, Norveç Rusiyadan sonra Avropaya qaz tədarük edən ikinci ölkə kimi moratorium tətbiq olunacağı təqdirdə enerji resurslarının tədarükünün etibarlılığına zəmanət verməkdən imtina edir. Bundan başqa, Norveç Avropa İttifaqı ölkələrinə kabohidrogenlərsiz energtikaya "yaşıl keçiddə" köməklik göstərəcək.Oslo, həmçinin aktivləri 1,4 trilyon həcmində qiymətləndirilən və məhz təbii qazla neft məhsullarının satışından əldə edilən gəlirlə formalaşan Milli Pensiya Fondunu təhlükə altına qoymaq fikrində deyil.Mixail Lomonosov əmin idi ki, Rusiyanın sərvəti Sibirin hesabına artacaq, ancaq indi biz qətiyyətlə deyə bilərik ki, təbii ehtiyatlar uğrunda əsas döyüş hələ qabaqdadır və bu, Arktikada baş verəcək. Rusiya orada nə qədər çox uğur qazansa, ondan bir o qədər təkidlə hərbi bazaları məhdudlaşdırmaq, tədqiqat gəmilərini limanlara qaytarmaq və buzqıran gəmilərin inşasını dayandırmaq tələb olunacaq.
https://sputnik.az/20210518/Arktikadak-qaz-ehtiyatlar-Rusiya-AB--Avropadan-vurub-xarmaa-hazrlar-426976057.html
https://sputnik.az/20210414/Amerikallar-Arktikaya-cixmaga-hazirlasirlar-426700757.html
arktika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435067964_69:0:2800:2048_1920x0_80_0_0_fe10c53bf95380032d34666e1b2a8801.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
arktika
Qərb Şimala can atır, Rusiya isə artıq oradadır
Rusiya öz məqsədlərini gizlətmir, ölkənin qarşısında Arktika regionunun iqtisadi inkişafını və perspektivlərini yüksəltmək tapşırığı durur və bu hədəfin açıq şəkildə elan edilməsi okeanın o tayında ciddi narahatlıq doğurur.
BAKI, 10 noyabr — Sputnik. Qərb mətbuatı Rusiyanın qütb regionunun mənimsənilməsi sahəsində misilsiz və qəbuledilməz irəiləyiş əldə etdiyinə dair məqalələrlə dolub-daşır. Məqalə müəllifləri Rusiyanın bu nailiyyətini ABŞ-ın hazırkı vəziyyəti ilə müqayisə edərək artıq eyham vurmur, birbaşa Rusiyanın Şimal qütbünün soyuq sularında möhkəmlənməsinin qarşısını almağı tələb edirlər.
Bir sıra faktlar Qərb ictimaiyyətinin diqqətinə çatdırılır. Məsələn, ruslar Murmansk - Vladivostok transarktik sualtı fiber-optik rabitə xətti layihəsini tam sürətlə həyata keçirirlər. Uzunluğu 12,5 min kilometr olan "Qütb ekspresi" adlı yüksək sürətli avtomobil yolu 2026-cı ilə qədər Murmansk vilayətinin Teriberka kəndini Uzaq Şərqdəki Vladivostok limanı ilə birləşdirəcək. Bu yol sabit, müasir əlaqəni təmin etməklə yanaşı, həm də ucqar rayonları mərkəzə yaxınlaşdıracaq.
Və bu əlahiddə layihə deyil, Şimal Dəniz Yolunun inkişaf etdirilməsi üzrə dövlət proqramının bir hissəsidir. Dəyəri 890 milyon dollardır ki, bu rəqəm də ən zəngin ölkələr üçün belə kifayət qədər yüksək sayıla bilər.
Rusiya öz məqsədlərini gizlətmir. Ölkənin qarşısında Arktika regionunun iqtisadi inkişafını və perspektivlərini yüksəltmək tapşırığı durur və bu hədəfin açıq şəkildə elan edilməsi okeanın o tayında ciddi narahatlıq doğurub.
Qərb analitikləri kollektiv Qərb üçün daha bir xoşagəlməz fakta diqqət çəkirlər. Rusiyanın arktik ərazilərində 2,5 milyon insan yaşayır ki, bu da bütün Arktika əhalisinin yarısı deməkdir. Başqa sözlə, qütb dairəsindən o tərəfdə yaşayan hər ikinci sakin rusdur. Bu torpaqlarda əhalinin zəif məskunlaşması Rusiyanın özündə də tez-tez sivilizasiya və demoqrafik baxımından gerilik kimi qələmə verilir.
Mənfi tendensiyaları, məsələn, əhalinin daha mülayim iqlimi olan cənub bölgələrinə axınını inkar etmək ağılsızlıqdır. Bununla belə, yaddan çıxartmayaq ki, kifayət qədər sərt iqlimə malik Kanadada da əhalinin 90%-i cənubda, ABŞ-la sərhəddə yaşayır. Əgər müvafiq xəritəyə nəzər salsaq, aydın olar ki, Şimali Kanada anklavı Albert əyalətinin mərkəzindədir, xəritədə bundan yuxarıda isə insansız xam torpaqlar yer alır. Necə deyərlər, hər şey müqayisədə üzə çıxır.
Rusiya dövlətinin sosial təşəbbüsləri kifayət qədər sürüşkən mövzu olduğundan və hakimiyyətə lazımsız suallar doğura biləcəyindən, Qərbdə adi insanlar, adətən, Kremlin hərb maşını ilə qorxudulur. Məsələn, bildirilir ki, Şimal Donanmasının tərkibinə K-329 "Belqorod" unikal atom sualtı qayığı daxildir, Rusiya dənizçiləri Arktikada "Poseydon" atom torpedosunu sınaqdan keçirirlər, Murmanskda yeni hərbi baza inşa olunub, hər il Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəniz bölmələrinə yeni mühafizə gəmiləri daxil edilir.
Səylə inkişaf etdirilən Rusiya buzqıran donanması onlar üçün ayrıca başağrısına çevrilib. Bu donanmanın tərkibində artıq 40-dan çox gəmi var, hazırda üçü də inşa edilir. Gələcək on il ərzində Moskva ən az daha 10 ədəd buzqıran gəmi inşa etməyi planlaşdırır.
Bu rəqəmlər xüsusilə hiddət doğurur, axı ABŞ silahlanmasında cəmi-cümlətanı iki belə gəmi mövcuddur – "Polar Star" və "Healy". Üstəlik, birinci gəmi özünün 30 illik yubileyini çoxdan geridə qoyub və istisnasız olaraq ehtiyat hissələrinin vaxtaşırı yenilənməsi bahasına ayaqda qalır. Ehtiyat hissələri isə onun "əkiz qardaşı" olan "Polar Sea" gəmisindən çıxarılır. "Polar Star" ildə cəmi bir yürüş həyata keçirərək hərbi sursatları Antarktikadakı "Mak-Merdo" stansiyasına çatdırır.
İkincisi isə ümumiyyətlə buzqıran gəmi hesab olunmur, sadəcə buzda hərəkət edə bilən gəmi sinfinə aiddir. Bu ilin avqust ayında həmin gəmidə qısaqapanma səbəbindən güclü yanğın qeydə alınıb.
Buzqıran gəmilərlə bağlı disbalans vəziyyəti çoxları üçün xoşagəlməz faktı bir daha nümayiş etdirir: yalnız dollar çap eləyən maşını işə salmaqla bütün problemləri həll etmək mümkün deyil. Hələ Donald Trampın hakimiyyəti dövründə "Polar Security Cutter" proqramı çərçivəsində büdcədən yeni buzqıranların inşasına nə az, nə çox, düz 1,2 trilyon dollar ayrılmışdı. Belə hesab edilirdi ki, artıq 2024-cü ildə Amerika buzqıran gəmiləri dəniz sınaqlarına başlaya biləcək, ancaq hazırda bu barədə hər-hansı bir xəbərə rast gəlmək sadəcə, mümkün deyil.
Bununla belə, amerikalıların ciddi-cəhdlə gizlətməyə çalışdıqları başqa bir məsələ daha böyük narahatlıq doğurur. Rusiya qütb sularında genişmiqyaslı geoloji kəşfiyyat proqramı həyata keçirir. Avqustun sonlarında buz sinfinə məxsus "Bavenit" (P-2790 layihəsi) elmi-tədqiqat gəmisi Laptevlər dənizinin əvvəllər tədqiq olunmamış hissələrində kəşfiyyat məqsədilə qazıntılara başlayıb. Suyun 1,5 kilometrdən çox dərinliyində, 300 metrə qədər olan quyularda qruntların geotexniki tədqiqatını aparmağa qadir olan "Bavenit" gəmisi geniş ərazilərdə tədqiqatlar aparacaq. Bunlar – Kara dənizində (Severnaya Zemlyadan cənub-qərbdə), Laptevlər dənizində (Lyaxovski adalarının qərbində və şimalında) və Şərqi Sibir, Çukot dənizlərində Vrangel adası ilə şərti olaraq ayrılmış geniş ərazilərdir. Eyni vaxtda daha bir tədqiqat gəmisi olan "Akademik Lazarev" bu marşrut üzrə hərəkətə başlayıb.
Və biz bu məqamda əsas məsələyə keçirik...
İstənilən qlobal prosesi qətiyyən bir hadisə əsasında qiymətləndirmək olmaz. Bu, baxış bucağını daraldaraq bütün mənzərini və hadisələrin dinamikasını anlamağa imkan vermir. KİV-də yazılanların bir neçə qat dərininə enə bilmək üçün avropalı məmurların Qlazqoda keçirilən iqlim sammitinin başlanmasına bir həftə qalmış Arktikada kəşfiyyat və hasilat fəaliyyətlərini tamamilə qadağan etmək üçün hazır, yəni əvvəlcədən güclü şəkildə işlənib hazırlanmış proqram yayımladıqlarını yada salmaq lazımdır.
Litvanın Avropa Komissiyasındakı təmsilçisi Virginiyus Sinkyaviçyus "Artktika strategiyası" adlı sənədi təqdim etdi. Bu sənəd Avropanın Arktikada gedən bütün iqlim proseslərinə (oxu: enerji resurslarına) radikal müdaxiləsini və karbohidrogenlərin bundan sonrakı kəşfiyyat-hasilat işlərinə moratorium tətbiq olunmasını nəzərdə tutur.
Strategiya Arktika ölkələrinin neft və qaz şelfində istənilən ərazi iddialarının rədd edilməsini də özündə ehtiva edir. Maraqlıdır ki, sadalanan ölkələr arasında ABŞ-ın adı yoxdur, əvəzində Rusiya, Kanada və Danimarkanın adı vurğulanır.
Ancaq avropalı ekologiya müdafiəçilərinin maraq dairəsinə yalnız neftlə qaz daxil deyil. Avropa Komissiyası birinci mərhələdə, məsələn, uranla çox zəngin olan Qrenlandiyada öz nümayəndəliyini açmaq niyyətindədir. Avropalı məmurların bu cür ümidsiz cəhdlərindən sonra, "Bavenit" və "Akademik Lazarev" gəmilərinin soyuq su hövzələrində kəşfiyyat işləri yerinə yetirdiyi bir vaxtda Rusiya Prezidentinin Qlazqoya getməməsinin Vaşinqtonda qıcıq doğurmasına təəccüblənməyə dəyərmi?
Moskvaya qarşı təbiətin qorunması adı altında əməlli-başlı tələ hazırlanıb. Rusiya şərtləri qəbul edəcəyi təqdirdə yalnız öz təbii resurslarından deyil, büdcənin doldurulması və qütb regionunun inkişaf etdirilməsindən də imtina etməlidir. Bir sözlə, faktiki olaraq Rusiyaya Qütb regionundan çəkilmək, sosial, hərbi və enerji proqramlarını dayandırmaq təklif olunur.
Bununla belə, qurulan ssenari gözlənilmədən Brüsselin öz müttəfiqlərinin əleyhinə işləməyə başladı. Norveçin Baş naziri Yonas Qar Stere kəskin şəkildə "Arktika strategisyası"na qarşı çıxdı. Siyasətçi bəyan etdi ki, Norveç Rusiyadan sonra Avropaya qaz tədarük edən ikinci ölkə kimi moratorium tətbiq olunacağı təqdirdə enerji resurslarının tədarükünün etibarlılığına zəmanət verməkdən imtina edir. Bundan başqa, Norveç Avropa İttifaqı ölkələrinə kabohidrogenlərsiz energtikaya "yaşıl keçiddə" köməklik göstərəcək.
Oslo, həmçinin aktivləri 1,4 trilyon həcmində qiymətləndirilən və məhz təbii qazla neft məhsullarının satışından əldə edilən gəlirlə formalaşan Milli Pensiya Fondunu təhlükə altına qoymaq fikrində deyil.
Mixail Lomonosov əmin idi ki, Rusiyanın sərvəti Sibirin hesabına artacaq, ancaq indi biz qətiyyətlə deyə bilərik ki, təbii ehtiyatlar uğrunda əsas döyüş hələ qabaqdadır və bu, Arktikada baş verəcək. Rusiya orada nə qədər çox uğur qazansa, ondan bir o qədər təkidlə hərbi bazaları məhdudlaşdırmaq, tədqiqat gəmilərini limanlara qaytarmaq və buzqıran gəmilərin inşasını dayandırmaq tələb olunacaq.