https://sputnik.az/20211110/ermenistanda-daha-bir-istefa-herbi-polis-reisinden-subhelenirler-435042370.html
Ermənistanda daha bir istefa: hərbi polis rəisindən şübhələnirlər
Ermənistanda daha bir istefa: hərbi polis rəisindən şübhələnirlər
Sputnik Azərbaycan
Zakaryan hazırda bülleten götürdüyü üçün onun istefaya göndərilməsi gecikir, hərbi polisə isə müvəqqəti rəis də təyin olunub. 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T12:31+0400
2021-11-10T12:31+0400
2021-11-10T12:31+0400
ermənistan
dünya xəbərləri
polis
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 10 noyabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin rəisi Aşot Zakaryan tezliklə istefaya göndəriləcək. Sputnik Azərbaycan bu barədə erməni mediasına istinadən xəbər verir.Məlumatda qeyd olunub ki, onun istefaya göndərilməsinin oktyabrın 10-da başa çatan müqaviləsi ilə yanaşı, Milli Təhlükəsizlik Xidmətində aparılan silah işi ilə bağlı aparılan araşdırma ilə bağlı olduğu bildirilir. Qeyd edək ki, bu araşdırma çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyan həbs olunublar.Hərbi polisdəki mənbələr bildiriblər ki, Zakaryan hazırda bülleten götürdüyü üçün onun istefaya göndərilməsi gecikir, hərbi polisə isə müvəqqəti rəis də təyin olunub.Zakaryan isə açıqlama verərək istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.Xatırladaq ki, keçmiş müdafiə naziri Tonoyan sentyabrın 30-da istifadəyə yararsız aviasiya raketlərinin alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyan və Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, polis, hərbi
Ermənistanda daha bir istefa: hərbi polis rəisindən şübhələnirlər
Zakaryan hazırda bülleten götürdüyü üçün onun istefaya göndərilməsi gecikir, hərbi polisə isə müvəqqəti rəis də təyin olunub.
BAKI, 10 noyabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin rəisi Aşot Zakaryan tezliklə istefaya göndəriləcək. Sputnik Azərbaycan bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, onun istefaya göndərilməsinin oktyabrın 10-da başa çatan müqaviləsi ilə yanaşı, Milli Təhlükəsizlik Xidmətində aparılan silah işi ilə bağlı aparılan araşdırma ilə bağlı olduğu bildirilir. Qeyd edək ki, bu araşdırma çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyan həbs olunublar.
Hərbi polisdəki mənbələr bildiriblər ki, Zakaryan hazırda bülleten götürdüyü üçün onun istefaya göndərilməsi gecikir, hərbi polisə isə müvəqqəti rəis də təyin olunub.
Zakaryan isə açıqlama verərək istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
Xatırladaq ki, keçmiş müdafiə naziri Tonoyan sentyabrın 30-da istifadəyə yararsız aviasiya raketlərinin alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyan və Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.