DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: Xalqımızın birliyinə qəsd edilməsinə imkan verməyəcəyik

© Official website of President of Azerbaijan RepublicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
BAKI, 10 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin qurucusu Atatürkün anım günü ilə bağlı Anıtkabiri ziyarət edib. Bu barədə Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir.
Ərdoğanla yanaşı, Anıtkabiri Türkiyənin digər dövlət rəsmiləri də ziyarət ediblər. Türkiyə prezidenti ziyarət zamanı xatirə dəftərinə bu fikirləri qeyd edib:
"Əziz Atatürk, ölümünüzün 83-cü ildönümündə sizi bir daha rəhmətlə yad edirik. Biz, bədxahların əməllərinə baxmayaraq sizin əsasını qoyduğunuz və əmanət etdiyiniz Respublikanı genişləndirməyə və inkişaf etdirməyə, həmçinin region və dünyanın parlayan ulduzu etməyə davam edirik. Başda təhsil, səhiyyə, təhlükəsizlik və sənaye olmaqla hər sahədə əldə etdiyimiz tarixi uğurlarla 2023-cü il hədəflərimizə doğru qətiyyətlə irəliləyirik. Biz heç vaxt ölkəmizin bütövlüyünə, dövlətimizin varlığına, nəcib xalqımızın birliyinə, əmin-amanlığına, qədim dəyərlərinə qəsd edilməsinə imkan verməyəcəyik. Ruhunuz şad olsun".
Qeyd edək ki, 10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün vəfat etdiyi gündür.
Xəbər lenti
0