Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

İcra başçısının qardaşı olan general rəis müavini vəzifəsindən azad edildi

© Sputnik / Ilya PitalevMəmur portfeli, arxiv şəkli
Məmur portfeli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır
BAKI, 10 noyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.
Xəbər lenti
0