Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Ceyms Bond" Bibiheybətdə çəkilmiş fotosunu paylaşıb

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidPirs Brosnan
Pirs Brosnan - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Məlumat üçün bildirək ki, çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılan və 1999-cu il noyabrın 8-də premyerası olan 19-cu Bond filmi "Dünya kifayət deyil" filminin 22 yaşı tamam olub.
BAKI, 10 noyabr — Sputnik. "Agent 007" rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, Ceyms Bond kimi tanınan İrlandiya əsilli aktyorun fotosu 1,9 milyon izləyicisi olan "007" adlı rəsmi "instagram" səhifələrində paylaşılıb. "1999-cu ilin bu günündə Los-Ancelesdə "Dünya kifayət deyil" filminin dünya premyerası oldu", - paylaşımda deyilir.
Məlumat üçün bildirək ki, çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılan və 1999-cu il noyabrın 8-də premyerası olan 19-cu Bond filmi "Dünya kifayət deyil" filminin 22 yaşı tamam olub.
Qeyd edək ki, P.Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsəni xatırlayaraq: "Azərbaycanda bizi çox səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğın sürətlə hərəkət etdik və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını gördük. Qeyri-adi mənzərə idi, amma film üçün bizə çox yaraşırdı. Çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram", - sözlərini söyləyib.
Xəbər lenti
0