Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
BAKI, 10 noyabr — Sputnik. Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.
Xəbər lenti
0