Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Titrəmə" filmi Beynəlxalq İpək Yolu Film Mükafatının finalına seçilib

© Photo : Courtesy of Amil Mamibeyli"Titrəmə" filminin çəkilişləri
Titrəmə filminin çəkilişləri - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir.
BAKI, 9 noyabr — Sputnik. "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Titrəmə" filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği"nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatının finalına seçilib.
Filmin quruluşçu rejissoru və ssenaristi Amil Məmibəylinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film "dram" janrında lentə alınıb.
Rejissor bildirib ki, "Titrəmə" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunub.
O, film haqqında bəhs edərkən deyib:
"Bədəninin bir parçasını itirən əsgər tibb məntəqəsində hərbi həkim tərəfindən müalicə olunur. Əsgər daim titrəyir. Həkim bütün vasitələri axtarır, amma heç nə ona kömək etmir. Əsgərin titrəməsi dayanmır. Qar yağarkən əsgərin titrəmələri daha da güclənir. Daha sonra həkim anlayır ki, əsgərin titrəməsi fiziki deyil, psixolojidir və yalnız bundan sonra titrəmənin sirri açılır.
Ayağını itirən əsgər böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Əslində filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir".
© Photo : Courtesy of Amil Mamibeyli"Titrəmə" filminin çəkilişləri
Titrəmə filminin çəkilişləri - Sputnik Azərbaycan, 1920, 09.11.2021
"Titrəmə" filminin çəkilişləri
Filmin rejissoru bildirb ki, ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb. Filmdə əsas rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırıb. Filmin ssenari müəllifləri Amil Məmibəyli, Aqşin Evrən, Ayşad Səfərəliyev, operatoru Əli Sultanov, bədii rəhbəri Cəmil Quliyev, prodüsləri Cəmil Quliyev və Müşfiq Hətəmovdur.
Məlumat üçün bildirək ki, Amil Məmibəyli "Kor-koranə", "Neft şəhərinin sakini", "Qara bağ", "Abşeron", "Lənkəran", "Dəhlizdə" kimi ekran əsərlərinin müəllifidir.
Xəbər lenti
0