DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Təhlükəsizlik Şurasının rəhbərləri Hindistana toplaşır

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Əfqanıstanla bağlı keçirilən müzakirələrdə Pakistan, Çin, İran, Özbəkistan və Tacikistandan olan təhlükəsizlik şurası rəhbərləri iştirak edəcək.
BAKI, 9 noyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev noyabrın 10-da Hindistana səfər edəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Nikolay Patruşev Yeni Dehliyə səfəri zamanı digər ölkələrdən olan təhlükəsizlik şurası rəhbərləri ilə Əfqanıstan ilə bağlı müzakirələrə qatılacaq.
Hindistanın Rusiyadakı səfiri Bala Venkateş mətbuata açıqlamasında bildirib ki, Əfqanıstanla bağlı keçirilən müzakirələrdə Pakistan, Çin, İran, Özbəkistan və Tacikistandan olan təhlükəsizlik şurası rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, 2021-ci il avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə isə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Terror fəaliyyətinə görə, BMT-nin sanksiyaları altına düşmüş təşkilat
Xəbər lenti
0