https://sputnik.az/20211109/sabah-turkiye-parisde-muhum-sazise-qosulacaq-435036550.html
Sabah Türkiyə Parisdə mühüm sazişə qoşulacaq
Sabah Türkiyə Parisdə mühüm sazişə qoşulacaq
Sputnik Azərbaycan
Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı... 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T23:00+0400
2021-11-09T23:00+0400
2021-11-10T00:05+0400
dünya xəbərləri
türkiyə
paris
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
iqlim
qlobal iqlim dəyişikliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425247850_0:114:3073:1842_1920x0_80_0_0_44b30c45f056ab215c0bb5bcbaeb61b3.jpg
BAKI, 9 noyabr - Sputnik. Türkiyə sabah Yer kürəsində havanın temperaturunun 1,5 dərəcədən çox yüksəlməsini məhdudlaşdırmağı hədəfləyən Paris İqlim Sazişinə rəsmən qoşulacaq.Report bu barədə Anadolu Agentliyinə istinadən məlumat yayıb.Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.Oktyabrın 6-da saziş Türkiyə parlamentində təsdiqlənib. Türkiyə Paris sazişinin ratifikasiyası barədə oktyabrın 11-də BMT katibliyinə məlumat verib və prosedura uyğun olaraq ondan sonrakı 30-cu gündə, yəni noyabrın 10-da bu sənəddən irəli gələn beynəlxalq öhdəlikləri rəsmən üzərinə götürəcək.Ankara razılaşmanın 192-ci tərəfi olacaq.Paris Sazişinin qüvvəyə minməsi planetdə havanın temperaturunun yüksəlməsini məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun olaraq Türkiyədə dövlət siyasətinin və qanunvericiliyin tənzimlənməsini təmin edəcək hüquqi mühit yaradır.Türkiyə, xüsusilə 2030-cu ilə qədər havaya atılan tullantıları 21 faiz azaltmağı, 2053-cü ilə qədər isə tullantıları sıfır faizə çatdırmağı öhdəsinə götürüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425247850_91:0:2822:2048_1920x0_80_0_0_5a1469bdbfe061c70f6d26051d0fabec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, paris, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, iqlim, qlobal iqlim dəyişikliyi
türkiyə, paris, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, iqlim, qlobal iqlim dəyişikliyi
Sabah Türkiyə Parisdə mühüm sazişə qoşulacaq
23:00 09.11.2021 (Yenilənib: 00:05 10.11.2021) Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.
BAKI, 9 noyabr - Sputnik. Türkiyə sabah Yer kürəsində havanın temperaturunun 1,5 dərəcədən çox yüksəlməsini məhdudlaşdırmağı hədəfləyən Paris İqlim Sazişinə rəsmən qoşulacaq.
Report bu barədə Anadolu Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.
Oktyabrın 6-da saziş Türkiyə parlamentində təsdiqlənib. Türkiyə Paris sazişinin ratifikasiyası barədə oktyabrın 11-də BMT katibliyinə məlumat verib və prosedura uyğun olaraq ondan sonrakı 30-cu gündə, yəni noyabrın 10-da bu sənəddən irəli gələn beynəlxalq öhdəlikləri rəsmən üzərinə götürəcək.
Ankara razılaşmanın 192-ci tərəfi olacaq.
Paris Sazişinin qüvvəyə minməsi planetdə havanın temperaturunun yüksəlməsini məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun olaraq Türkiyədə dövlət siyasətinin və qanunvericiliyin tənzimlənməsini təmin edəcək hüquqi mühit yaradır.
Türkiyə, xüsusilə 2030-cu ilə qədər havaya atılan tullantıları 21 faiz azaltmağı, 2053-cü ilə qədər isə tullantıları sıfır faizə çatdırmağı öhdəsinə götürüb.