DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub: Onlar nə danışıblar?

© AFP 2024 / LUDOVIC MARINFransa bayrağı, arxiv şəkli
Fransa bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Bu razılaşmada qarşı tərəfin əvvəlki mövqeyinə qayıtması və İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməsi təsbit edilməlidir.
BAKI, 9 noyabr — Sputnik. İran və Fransa Xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan və Jean-Yves Le Drian arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlər və İranın nüvə məsələsi müzakirə olunub.
İran XİN rəhbəri qeyd edib ki, ölkəsi Fransa ilə qarşılıq hörmətə əsaslanan və hər iki ölkənin maraqlarına cavab verən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara vurğu edən Abdullahiyan bu münasibətə qarşı üç Avropa ölkəsinin mövqeyinə diqqət çəkib:
"Nüvə proqramı üzrə danışıqlardakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır. Avropa ölkələri İrana olan bu münasibətə səssiz qalıblar. İran razılaşma əldə olunmasında maraqlıdır. Bu razılaşmada qarşı tərəfin əvvəlki mövqeyinə qayıtması və İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməsi təsbit edilməlidir. ABŞ-ın davranışlarına baxmayaraq mlli təhlükəsizlik proqramımızı inkişaf etdirməyə davam edəcəyik".
Fransa XİN rəhbəri də nüvə proqramı üzrə danışıqların tezliklə bərpa ediləcəyinə inandığını bildirib . O qeyd edib ki, Fransa digər ölkələrin danışıqlara qayıtması üçün əlindən gələni edəcək.
Xəbər lenti
0