https://sputnik.az/20211109/meshur-hekim-xerceng-riskini-azaldan-mehsullarin-adlarini-aciqlayib-435025991.html
Məşhur həkim xərçəng riskini azaldan məhsulların adlarını açıqlayıb
Məşhur həkim xərçəng riskini azaldan məhsulların adlarını açıqlayıb
Sputnik Azərbaycan
Şubinin sözlərinə görə, yerköküdə yüksək miqdarda A vitamini var ki, bu da mədə xərçənginin inkişafının qarşısını alır. 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T19:08+0400
2021-11-09T19:08+0400
2021-11-09T19:08+0400
xərçəng
səhiyyə
həkim
onkoloji xəstəlik
onkologiya
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777934_0:0:3071:1728_1920x0_80_0_0_ef6152305f2b23be2da659844f16a32b.jpg
BAKI, 9 noyabr — Sputnik. Tibb elmləri doktoru və teleaparıcı Yelena Malışeva Birinci kanalda yayımlanan "Həyat əladır!" verilişinin efirində xərçəng riskini azalda bilən məhsulların adlarını açıqlayıb. Həkim tərəfindən açıqlanan siyahıya balıq, yerkökü və pomidor daxildir.Malışeva və Dmitri Şubinin verlişdə səsləndirdiyi fikrə görə, balığın tərkibində xərçəngin inkişafının qarşısını alan selen mikroelementi var. Şubin selenin mövcudluğunda immun hüceyrələrin "hər zaman dayanmadan əmələ gələn xərçəng hüceyrələrini yediyini" izah edib. "Bu gün nəhəng tədqiqatlar göstərib ki, onkoloji xəstələrdə selenin səviyyəsi aşağıdır", - deyə Malışeva bildirib.Həkimlər xərçəng riskini azaldan başqa bir məsul kimi yerkökünü qeyd ediblər. Şubinin sözlərinə görə, yerköküdə yüksək miqdarda A vitamini var ki, bu da mədə xərçənginin inkişafının qarşısını alır. Bundan əlavə, Malışeva bu vitaminin dəri və gözlər üçün də faydalı olduğunu vurğulayıb.Həkimlər pomidoru prostat və döş xərçənginin qarşısının alınması üçün faydalı olduğunu açıqlayıblar. Onların sözlərinə görə, bu tərəvəzin tərkibində çoxlu miqdarda likopen var ki, bu da termik iş zamanı daha da artır.Xatırladaq ki, Malışeva qocalıqda oynaqların sağlam olması üçün gənclərin nə etmək lazım olduğunu söyləyib. Həkimin sözlərinə görə, oynaqların sağlam qalması üçün normal çəki saxlamaq vacibdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777934_340:0:3071:2048_1920x0_80_0_0_5b89ea42a7cc908f28d8b7b82a7bcccb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, həkim, onkoloji xəstəlik, onkologiya
xərçəng, həkim, onkoloji xəstəlik, onkologiya
Məşhur həkim xərçəng riskini azaldan məhsulların adlarını açıqlayıb
Şubinin sözlərinə görə, yerköküdə yüksək miqdarda A vitamini var ki, bu da mədə xərçənginin inkişafının qarşısını alır.
BAKI, 9 noyabr — Sputnik. Tibb elmləri doktoru və teleaparıcı Yelena Malışeva Birinci kanalda yayımlanan "Həyat əladır!" verilişinin efirində xərçəng riskini azalda bilən məhsulların adlarını açıqlayıb. Həkim tərəfindən açıqlanan siyahıya balıq, yerkökü və pomidor daxildir.
Malışeva və Dmitri Şubinin verlişdə səsləndirdiyi fikrə görə, balığın tərkibində xərçəngin inkişafının qarşısını alan selen mikroelementi var. Şubin selenin mövcudluğunda immun hüceyrələrin "hər zaman dayanmadan əmələ gələn xərçəng hüceyrələrini yediyini" izah edib.
"Bu gün nəhəng tədqiqatlar göstərib ki, onkoloji xəstələrdə selenin səviyyəsi aşağıdır", - deyə Malışeva bildirib.
Həkimlər xərçəng riskini azaldan başqa bir məsul kimi yerkökünü qeyd ediblər. Şubinin sözlərinə görə, yerköküdə yüksək miqdarda A vitamini var ki, bu da mədə xərçənginin inkişafının qarşısını alır. Bundan əlavə, Malışeva bu vitaminin dəri və gözlər üçün də faydalı olduğunu vurğulayıb.
Həkimlər pomidoru prostat və döş xərçənginin qarşısının alınması üçün faydalı olduğunu açıqlayıblar. Onların sözlərinə görə, bu tərəvəzin tərkibində çoxlu miqdarda likopen var ki, bu da termik iş zamanı daha da artır.
Xatırladaq ki, Malışeva qocalıqda oynaqların sağlam olması üçün gənclərin nə etmək lazım olduğunu söyləyib. Həkimin sözlərinə görə, oynaqların sağlam qalması üçün normal çəki saxlamaq vacibdir.