DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müdafiə naziri Moskvaya gedib

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidErmənistan Müdafiə naziri Arşak Karapetyan (soldan birinci)
Ermənistan Müdafiə naziri Arşak Karapetyan (soldan birinci)
 - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Karapetyan noyabrın 10-da Moskvada keçiriləcək MDB ölkələri müdafiə nazirləri şurasının növbəti iclasında iştirak edəcək.
BAKI, 9 noyabr — Sputnik. Ermənistan Müdafiə naziri Arşak Karapetyan Moskvaya gedib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Karapetyan noyabrın 10-da Moskvada keçiriləcək MDB ölkələri müdafiə nazirləri şurasının növbəti iclasında iştirak edəcək.
Qeyd edək ki, sabah Rusiyada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da həmin toplantıya qatılmaq üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə nazirləri Şurasının iclasında MDB ölkələri arasında hərbi sahədə əməkdaşlıq və hərbi təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin Rusiyalı həmkarları Sergey Şoyqu ilə görüşəcəkləri istisna edilmir.
Həmçinin oxuyun:
Zakir Həsənov Moskvaya uçdu
Xəbər lenti
0