https://sputnik.az/20211109/bayden-rana-qarsi-sanksiyalarin-muddetini-uzatdi-435036421.html
Bayden İrana qarşı sanksiyaların müddətini uzatdı
Bayden İrana qarşı sanksiyaların müddətini uzatdı
Sputnik Azərbaycan
Ağ Ev tərəfindən yayılan bəyanatda qeyd olunub ki, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib. 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T22:33+0400
2021-11-09T22:33+0400
2021-11-10T00:04+0400
dünya xəbərləri
sanksiyalar
iran
co bayden
abş prezidenti co bayden
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975321_0:0:3072:1728_1920x0_80_0_0_6f8ec7d999372fb4305b828ce24059f3.jpg
BAKI, 9 noyabr - Sputnik. ABŞ Prezidenti Cozef Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib.Bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir.Bəyanatda qeyd olunub ki, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı diplomatların azad edilməsinə səbəb olan ABŞ və İran arasında razılaşmalardan gedir. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edir.Qeyd edək ki, 1979-cu il noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq 12 170 saylı fərman imzalayıb. Xəzinədarlıq departamentinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən Amerika bankları və onların xaricdəki törəmə və filialları ilə hesablarını dondurmaq əmri verilib.1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-dan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edbi. Daha sonra İrandan ABŞ-a istənilən mal idxalına embarqo qoyulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975321_341:0:3072:2048_1920x0_80_0_0_a9d5bea75ab3d2f14f9d7f91dda292b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sanksiyalar, iran, co bayden, abş prezidenti co bayden
sanksiyalar, iran, co bayden, abş prezidenti co bayden
Bayden İrana qarşı sanksiyaların müddətini uzatdı
22:33 09.11.2021 (Yenilənib: 00:04 10.11.2021) Ağ Ev tərəfindən yayılan bəyanatda qeyd olunub ki, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.
BAKI, 9 noyabr - Sputnik. ABŞ Prezidenti Cozef Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib.
Bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.
Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı diplomatların azad edilməsinə səbəb olan ABŞ və İran arasında razılaşmalardan gedir. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edir.
Qeyd edək ki, 1979-cu il noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq 12 170 saylı fərman imzalayıb. Xəzinədarlıq departamentinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən Amerika bankları və onların xaricdəki törəmə və filialları ilə hesablarını dondurmaq əmri verilib.
1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-dan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edbi. Daha sonra İrandan ABŞ-a istənilən mal idxalına embarqo qoyulub.