Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın hərbi qulluqçusu Türkiyədə bədbəxt hadisə nəticəsində həyatını itirib

© AP Photo / Emrah GurelTürkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılaraq ölüb.
BAKI, 9 noyabr - Sputnik. Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Xəbər lenti
0